Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Döyüşlər başlasa, bu dəfə hərbi əməliyyatların müddəti daha uzun sürə bilər...” – PROQNOZ!

Tarix: 29-07-2019 19:06     Baxış: 4235 A- / A+
“Döyüşlər başlasa, bu dəfə hərbi əməliyyatların müddəti daha uzun sürə bilər...” – PROQNOZ!

Natiq Miri: “Təmas xəttindəki gərginliyin hər an lokal qarşıdurmaya çevrilmək ehtimalı var”

Təmas xəttində atəşkəsin tez-tez pozulması, düşmən təxribatlarının artması son günlərin narahatlıq doğuran məsələlərindən biridir.

Bəs təmas xəttində atəşkəsin mütəmadi şəkildə pozulması hərbi aktivliyi artıra, 2016-cı ilin aprel döyüşlərində olduğu kimi lokal əməliyyatların meydana gəlməsini tətikləyə bilərmi?

Manevr.az xəbər verir ki, moderator.az-a açıqlama verən politoloq Natiq Miri bu ehtimalın istisna olunmadığını qeyd etdi:

“Təbii ki, belə bir ehtimal mövcuddur. Paşinyan hökuməti Azərbaycanın işğal edilmiş torpaqlarındakı hərbi vəziyyətə nəzarət edə bilmir. Bəllidir ki, qondarma Qarabağ rejimindəki hərbi xunta, rejim rəhbərləri bilavasitə Paşinyana müxalifətdə olan Qarabağ klanına sadiqlik göstərir və bu konteksdə təxribatlar həyata keçirir. Hansı ki, bu proses hələ bir müddət də - qondarma rejimdə vəziyyət aydınlaşana qədər davam edəcək. Xatırladım ki, 2020-ci ildə qondarma rejimdə qondarma seçkilərin keçriilməsi planlaşdırılır.

Paşinyan hökuməti ilə qondarma Qarabağ rejimi arasında münasibətlər hələ də aydınlaşmayıb. Qarabağ klanının liderlərindən sayılan Koçaryan hələ də həbsdədir. Sərkisyan hakimiyyətinin bir çox nümayəndələri də həbs edilib. Tərəflər arasıdna ciddi gərginlik və narazılıq mövcuddur. Bu qarşıdurma özünü sadəcə siyasi-iqtisadi və hüquqi zəmində göstərmir. Bu, həm də hərbi konteksdə də özünü göstərir. Atəşkəsin tez-tez pozulması da bu gərginlyin göstəricisidir. Atəşkəsin pozulma hallarının böyük hərbi qarşıdurmaya çevrilməyəcəyinə isə kimsə zəmanət verə bilməz.

Bu dəfə hərbi əməliyyatlar başlasa, düşünürəm ki, bu, dörd gün yox, daha çox çəkəcək. Ola bilsin ki, bu əməliyyatlar bir neçə həftə çəksin. Hansı ki, həmin əməliyyatlar zamanı Azərbaycan ordusu ilkin olaraq Qarabağ ətrafındakı rayonları düşməndən azad edəcək, ona sarsıdıcı zərbə vurmaqla düşmənə öz yerini göstərəckdir. Hadisələrin bu cür gedişatı həm bu gün, həm də sabah üçün mümkün və aktualdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar