Xəbər lenti
AB Britaniyaya elə bir zərbə vurmaq istəyir ki... – Şərh
Böyük Britaniya AB-dən ayrılarsa, onun birlik ölkələri ilə münasibətləri müəyyən qədər dəyişəcək və gəlirləri azalacaq.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Böyük Britaniya Baş naziri Baris Consonun oktyabrın 31-də Avropa Birliyini tərk edəcəkləri ilə bağlı çıxışına münasibət bildirərkən deyib. O, Böyük Britaniyanın AB-dən ayrılacağı təqdirdə bəzi güzəştlərdən məhrum olacağını bildirib:
“Hesab edirəm ki, Britaniya Avropa Birliyini tərk edərsə, AB onunla ikitərəfli müqavilə imzalamayacaq. Çünki bu məsələdə Avropa Birliyi Londona güzəştə getmək fikrində deyil. AB istəyir ki, Böyük Britaniya elə bir zərərlə çıxsın ki, digər Avropa Birliyi dövlətlərinə dərs olsun və onlar çıxmaq barədə düşünməsin”.
Politoloqun sözlərinə görə, birlikdən müqaviləsiz ayrılma olarsa, bu, Britaniyanın iqtisadiyyatına çox böyük ziyan vura bilər:
“Artıq Britaniya iqtisadçıları ayrılmanın fəsadlarını hesablayıb. Onlar hesab edirlər ki, funt-sterlinqin kəskin şəkildə dəyərdən düşməsi baş verə bilər. Həmçinin Britaniyanın AB ilə ticarət qaydaları da dəyişəcək. Çünki Londonun bu qərarı iri korporasiyaların, bankların, şirkətlərin heç də xoşuna gəlməyəcək. Hətta böyük şirkətlərin bəziləri indidən bəyan ediblər ki, əgər London bu addımı atarsa, onlar öz mərkəzi ofislərini bu ölkədən çıxararaq, digər ölkələrə daşımaq haqqında düşünəcəklər. Təbii ki, bütün bunlar da Böyük Britaniya iqtisadiyyatına xeyli ziyan vuracaq”.
Qeyd edək ki, Britaniyanın yeni Baş naziri Boris Conson öz çıxışında Britaniyanın hər bir halda Avropa Birliyini oktyabrın 31-də tərk edəcəyini bildirib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar