Xəbər lenti
Sərnişindaşımada 9 ildir tətbiq olunan məhdudiyyət götürülür - VİDEO

Sərnişindaşıma ilə bağlı 9 ildir tətbiq olunan məhdudiyyət aradan qaldırılır. Artıq rayonlara və əks istiqamətə gecə saatlarında da təhlükəsiz, rahat, həmçinin qanuni nəqliyyat vasitələri ilə getmək mümkün olacaq.
Manevr.az-ın məlumatına görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib ki, tələbat artdığından gecə reyslərinin bərpa olunması məsələsi gündəmə gəlib.
Onun sözlərinə görə, son illər yenilənmiş yol infrastrukturu da bu məhdudiyyəti aradan qaldırmağa imkan verir. O, həmçinin bu addımı atmaqda məqsədin qeyri-qanuni sərnişindaşımanın qarşısını almaq olduğunu bildirib.
Nuridə Allahyarova onu da qeyd edib ki, təklifə müsbət cavab verilərsə, gecə reyslərinin bərpası gələn ilin ilk rübünə nəzərdə tutulub.
Qeyd edək ki, 2010-cu ildə uzaq məsafələrə gecə reysləri ləğv olunub.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar