Xəbər lenti
Uşaqlar üçün gündəlik qidalanma qaydaları - Mütəxəssis rəyi

10-15 yaşları insan orqanizminin formalaşmaqda olduğu yaşlardır. Bu yaşda uşaqların həm də zehni fəaliyyətlə məşğul olduğunu nəzərə alsaq, qidalanmaya xüsusi diqqət yertirilməlidir.
Manevr.az məsələ ilə bağlı Azərbaycan Milli Kulinariya Mərkəzinin üzvü, qida texnoloqu Ağa Salamovun fikirlərini öyrənib:
"Uşaq müxtəlif çeşidli qida maddələri almalıdır. Uşağın gündəlik rasionuna 15 növ müxtəlif qida məhsulları daxil olmalıdır (həftə ərzində qida rasionuna 30 növ qida məhsulları daxil olmalıdır). Yodlaşdırılmış duzdan istifadə olunmalıdır. Qəbul olunan duzun gündəlik miqdarı 5 qramdan (1 çay qaşığı) artıq olmamalıdır. Mövsümlər arası dövrdə (payız-qış, qış-yaz) yaşına uyğun olaraq uşaqlar tövsiyə edilən vitamin-mineral kompleksləri almalıdırlar. Məktəblinin qida rasionunu “C” vitamini ilə zənginləşdirmək məqsədilə gündəlik itburnu dənləməsi qəbul etmək məsləhət görülür. Qida qəbulu sakit şəraitdə olmalıdır. Əgər uşaqda bədən çəkisinin azlığı və ya artıqlığı varsa, bu halda həkim konsultasiyası vacibdir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar