Xəbər lenti
Bu nazirlikdə departamentlər ləğv edildi - Sərəncam
Ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən Vergilər Nazirliyinin strukturuna Milli Gəlirlər Baş İdarəsi, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi, Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə, Çağrı Mərkəzi (baş idarə səlahiyyətli) və yerli bölmələr (baş idarələr, idarələr və şöbələr) daxildir.
Manevr.az xəbər verir ki, indiyə qədər Vergilər Nazirliyinin strukturuna isə Vergi cinayətlərinin ibtidai araşdırılması departamenti, Milli gəlirlər departamenti, Bakı şəhəri lokal gəlirlər departamenti, Bakı şəhəri kiçik sahibkarlarla iş departamenti, ərazi vergilər departamentləri və idarələri, rayon vergilər şöbələri və Çağrı mərkəzi departamenti daxil olub.
Beləliklə, Milli gəlirlər departamentinin əvəzinə Milli Gəlirlər Baş İdarəsi, Vergi cinayətlərinin ibtidai araşdırılması departamenti əvəzinə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi, Bakı şəhəri lokal gəlirlər departamentinin əvəzinə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, Bakı şəhəri kiçik sahibkarlarla iş departamentinin əvəzinə Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə yaradılıb. Çağrı mərkəzi departamenti də baş idarə səlahiyyət səlahiyyətində fəaliyyət göstərəcək.
Eyni zamanda iki yeni struktur - İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi yaradılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar