Xəbər lenti
"Keşikçidağ"la bağlı təxribatların arxasında ermənilər dayanır
Erməni millətçiləri hələ sovet dövründə “Keşikçidağ” monastır kompleksi ətrafında təxribatlar törətməyə zəmin hazırlayırdılar.
Manevr.az xəbər verir ki, bunu oxu.az-a müsahibəsində Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev deyib.
Onun sözlərinə görə, erməni lobbisi Qarabağ münaqişəsini qızışdıranda gürcülərə qarşı Azərbaycanın Dağlıq Qarabağ muxtar vilayətinin və digər torpaqlarının Ermənistan SSR-ə qanunsuz birləşdirilməsi yolu ilə “böyük Ermənistan” yaradılması ideyasının həyata keçirilməsinə qoşulmaq tələbi irəli sürülüb.
Ermənilər dəstəyə görə gürcülərə Zaqatalanı və “Keşikçidağ”dan Poyluyadək cənub və cənub-şərqdəki yerləri “vəd ediblər”.
Ə.Babayev qeyd edib ki, ermənilər, eyni zamanda, gürcüləri Abxaziya MSSR-də və Cənubi Osetiya muxtar vilayətində separatçılıqla şantaj ediblər:
“Gürcülər təxribata uymadılar və qonşularının qanunsuz iddialarını dəstəkləmədilər. Yekunda Gürcüstan Abxaziyada və Sxinvali regionunda həmin erməni lobbisinin təşəbbüskarı olduğu separatçılıqla qarşılaşdı. Qanlı müharibə nəticəsində Gürcüstan ərazisinin 20 faizindən çoxu işğal edildi və 300 mindən çox gürcü qovuldu. Ermənistanın işğal etdiyi Qarabağdan da bir milyondan çox azərbaycanlı qovuldu”.
“Keşikçidağ”ın altında bilərəkdən “saatlı bomba” qoyulub. Sərhədlərin delimitasiyası və demarkasiyası SSRİ dağıldıqdan sonra da aparılmayıb. Bu proses nə Eduard Şevardnadzenin, nə də Mixeil Saakaşvilinin dövründə başa çatıb.
Onun sözlərinə görə, təxribatçılar dindar gürcülər arasında Azərbaycan əleyhinə əhval-ruhiyyəni qızışdırmağa davam edirdilər:
“Hətta patriarx-katalikos II İliyanın nəsihətlərinə qulaq asmamağa inandırırdılar. II İliya rəsmi şəkildə bəyan etmişdi ki, “Keşikçidağ” ətrafında vəziyyəti siyasiləşdirmək olmaz və Gürcüstan Pravoslav kilsəsinin din xadimlərinin və dindarlarının Gürcüstan və Azərbaycanın mehriban qonşuluğuna təhdid olan aksiyalarda iştirakı yolverilməzdir”.
Təxribatlar sistematik hal aldı. Gürcüstanın müxalif siyasi partiyaları və Gürcüstanda vəziyyətin gərginləşməsində, Azərbaycan-Gürcüstan münasibətlərinin pisləşməsində maraqlı olan qeyri-hökumət təşkilatları (QHT) təxribatlarda iştirak edirdilər. Həmin hərəkatların və QHT-lərin liderləri təxribatçı bəyanatlar səsləndirirdilər. Təəssüf ki, Gürcüstan Pravoslav kilsəsinin bəzi nümayəndələri bu təxribatlarda iştirak edirdilər.
Ə.Babayev diqqətə çatdırıb ki, bəzi qüvvələr cari il iyulun 14-də təxribatçıların sərhədə, “Keşikçidağ” ərazisinə kütləvi şəkildə gəlməsini təşkil ediblər:
“Əfsuslar olsun ki, Gürcüstan sərhədçiləri təxribatçıları saxlamadılar, hərçənd bunu etməli idilər. Nəticədə, təxribatçılar sərhədə maneəsiz çatıblar və razılaşdırılmış ssenari əsasında azərbaycanlı sərhədçiləri təhqir etməyə başlayıblar.
Aqressiv insanlar azərbaycanlı sərhədçiləri silahdan istifadəyə sövq etməyə çalışıblar və yalnız sərhədçilərimizin soyuqqanlılığı və ehtiyatlı davranışı onların planını pozub”.
Konqres sədri deyib ki, təxribatçılar sərhədçilərin onları təhqir etdiklərinə cavab olaraq atəş açacaqlarına ümid edirdilər. Lakin Azərbaycan sərhədçiləri sayəsində monastır ərazisində atəş açılmasının qarşısını almaq mümkün oldu. Bənzər təxribatların təkrar olunma təhlükəsi var.
Ə.Babayev əlavə edib ki, Gürcüstan Azərbaycanlıları Milli Konqresi təxribatların qarşısını almaq, təxribatçıları aşkarlamaq və onların destruktiv fəaliyyəti ilə qanun çərçivəsində mübarizə aparmaq üçün Gürcüstan və Azərbaycan hökumətlərini hər şey etməyə çağırır:
“Gürcüstanın Azərbaycan icması Gürcüstan və Azərbaycan hakimiyyətlərini “David Qareci” ilə bağlı mümkün olduğu qədər tez kompromis tapmağa, eləcə də, təxribatçıların dost qonşu xalqları küsdürməyə heç bir şansının olmaması üçün sərhədlərin delimitasiyası üzərində işləməyə çağırır”.
O xatırladıb ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında əsas investorlardan biridir və ölkənin başlıca xarici ticarət tərəfdaşlarındandır. Azərbaycan Gürcüstana qarşı xarici təcavüzün ən ağır dövrlərində onu dəstəkləyib, enerji daşıycılarının və humanitar yardımın tədarükünü təşkil edib. Azərbaycan beynəlxalq arenada həmişə Gürcüstanı dəstəkləyir, onun ərazi bütövlüyünün və qaçqınların qayıtmasının lehinə çıxış edir.
Azərbaycan və Gürcüstan hazırda Avropa və Asiya ölkələri üçün mühüm irimiqyaslı tranzit layihələrinin (Bakı-Tbilisi-Qars, TANAP və digər layihələr) reallaşdırılması üzrə əməkdaşlıq edirlər. Ancaq xarici qüvvələr bu layihələrin inkişafına mane olmaq, iki ölkənin əməkdaşlığında ziddiyyət yaratmaq istəyirlər. Məhz buna görə də “Keşikçidağ” ətrafında münaqişə qızışdırılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar