Xəbər lenti
"Heç Ağdamı unutmuşam ki, xatırlayım da?" - Mənsum İbrahimovdan TƏSİRLİ SÖZLƏR
“Hər il Ağdamın işğal günü , o hissləri, o ağrı-acını yenidən yaşayırıq. Çünki Ağdam kimi cənnət guşəmizin, bir mədəniyyət mərkəzinin işğalı bizim üçün sözün əsl mənasında böyük faciədir”.
Bu sözləri xalq artisti Mənsum İbrahimov ölkə.az-a Ağdam haqqında danışarkən bildirib:
“Bildiyimiz kimi, Ağdam böyük ziyalılar, sənətkarlar yetişdirmiş bölgədir. Qeyri-rəsmi olaraq hər zaman Qarabağın mədəniyyət mərkəzi rolunu oynayıb. O vaxtlar “Xarı bülbül” festivalları, böyük tədbirlər Ağdamda keçirilirdi. Bu bölgə hər zaman öz ziyalıları ilə tanınıb. Bu gün Ağdamın böyük bir hissəsi düşmən tapdağı altındadır. Biz öz sənətimizdə də bunu hiss edirik. Daha o səslər o axınla Bakıya gəlmir. İnşallah, ümid edirik ki, tezliklə bu problem öz həllini tapacaq. Mən istəmirəm ki, bu problemi öz övladlarımıza miras qoyaq".
Xalq artisti münaqişənin tezliklə həllini tapacağına ümid etdiyini dilə gətirib:
"İnanıram ki, tezliklə Ali baş komandanımızın rəhbərliyi ilə Ağdamımızı, Şuşamızı, Qarabağımızı geri qaytaracağıq. İnşAllah “Muğam” müsabiqələrini Ağdamda təşkil edəcəyik. Hiss edirəm ki, o gün yaxındadır".
Əməkdaşımızın “Heç olubmu, birdən-birə Ağdamı xatırlayıb, ağlamısız, kövrəlmisiz?”- sualına xalq artisti belə cavab verib:
"Heç Ağdamı unutmuşam ki, xatırlayım da? Mən bu səsi o torpaqda qazanmışam. Bu səsi mənə bəxş edən torpağı unuda bilərəmmi? Ağdam hamı üçün ağrılı yerdir. Ancaq o torpaqda doğulan, boya başa çatan insan üçün bu qat-qat ağırdır. Mən hərbi xidmətə qədər orada yaşamışam. Ona görə, mənim üçün bu, daha ağrılı problemdir. O hər zaman mənim ürəyimdədir, qəlbimdədir”.
Qeyd edək ki, Ağdam rayonu 23 iyul 1993-ci ildə ermənilər tərəfindən işğal olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar