Xəbər lenti
Erməniləri Azərbaycanlı “gözəgörünməzlər” öldürür: - Erməni ekspertdən iddia

Son günlərdə işğal edilmiş Qarabağda erməni ordusunun ümumilikdə 3 əsgəri məhv edilib.
Ermənistan ordusunun hərbi hissələrindən birinin döyüş mövqeyində hərbi qulluqçu ölüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan "Facebook" səhfəsində yazıb.
"Təəsüflə bildirməliyəm ki, dünən axşam Ermənistan SQ-nin hərbi hissələrindən birinin döyüş mövqeyində 2000-ci il təvəllüdlü sıravi əsgər Hamik Yeğiayi Vardanyanın cəsədi tapılıb. Detallar araşdırılır",- deyə Hovhannisyan yazıb.
Bu açıqlamanın ardınca hərbi ekspert Samvel Aslikyan ordu rəhbərliyini yalançılıqda və saxtakarlıqda ittiham edib. Hərbi ekspert erməni əsgərlərinin öldürülməsi faktına toxunaraq belə yazıb:”Orduda itkilər var. Biri-birinin ardınca əsgərlərimiz məhv edilir. Onları niyə ölür? Xəstəlikdən, aclıqdan bunu deyən yoxdur. Mən deyirəm, bu əsgərləri qəbul etmədiyimiz Azərbaycan kəşfiyyatçıları öldürür. Bəli onlar "gözəgörünməz”dir. Onları nə bizim əsgər, nə də zabitlər görmür. Son bir ayda 3 əsgərimiz müəmmalı şəraitdə ölüb. Ordu rəhbərliyi isə susmağa üstünlük verir.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar