Xəbər lenti
Paşayeva onlara Qarabağ həqiqətlərindən danışdı
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Qənirə Paşayeva Tailandın Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyalarının rəhbərliyi və tanınmış təşkilat rəhbərləri ilə görüşüb.
Manevr.az xəbər verir ki, millət vəkili görüş zamanı Azərbaycanın bütün istiqamətlərdə Tailandla əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Tailandla əlaqələrin və dostluğun inkişafına verdiyi böyük önəmdən danışan millət vəkili bu istiqamətdə münasibətlərin getdikcə daha da artmasının məmnunluq yaratdığını bildirib.
Q.Paşayeva tailandlı nümayəndə heyətinə ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən layihələr barədə məlumat verib.
Millət vəkili Tailand Biznes və Peşəkar Qadınlar Federasiyasının nümayəndə heyətinə Qarabağ həqiqətlərindən də danışıb.
Azərbaycan mədəniyyəti, Qarabağ həqiqətləri ilə bağlı materialları onlara təqdim edən millət vəkili tailandlıları Azərbaycana dəvət edib.
Tailand Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının rəhbərliyi və fəal qadınları Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiklərini söyləyərək, iki ölkə arasında münasibətlərin getdikcə daha da sürətlə inkişaf edəcəyinə inandıqlarını vurğulayıblar.
Görüşün sonunda millət vəkili Tailand Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti və Tailandın tanınmış təşkilat rəhbərləri, fəal qadınlarına Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib./axar.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar