Xəbər lenti
Mehriban Əliyeva məşhur xalq artistinin mənzilini təmir etdirir

Bu gün xalq artisti, aktyor-rejissor Ramiz Əzizbəylinin doğum günüdür.
Manevr.az xəbər verir ki, sənətkar ölkə.az-ın əməkdaşıyla söhbətində çoxsaylı təbriklər aldığını bildirib və hər kəsdən razılığını ifadə edib.
Əzizbəyli bir özəl xəbəri də bölüşüb. Onun sözlərinə görə, birinci vitse-prezident Mehriban Əliyeva onun mənzilini təmir etdirir:
"İndi müvəqqəti mənzillə təmin edilmişəm, öz mənzilimizdə təmir gedir. Təmiri Mehriban Əliyeva etdirir. Ona dərin təşəkkürümü bildirirəm".
Qeyd edək ki, R.Əzizbəyli 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti, 2008-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Ötən ilin avqust ayının 1-də isə "Şöhrət" ordeni ilə təltif edilib. Sənətkara rejissoru olduğu "Bəxt üzüyü" filmi böyük şöhrət qazandırıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar