Xəbər lenti
Rusiyada erməni saytı ilə bağlı təhqiqata başlanıldı
Rusiya hüquq-mühafizə orqanları ermənilərin “yerkramas.org” saytı barədə araşdırma aparacaq.
Buna səbəb saytın Rusiyada milli zəmində münaqişəni qızışdırması faktları ilə bağlı Moskva meriyasına müraciətin daxil olmasıdır.
Paytaxt meriyasının Milli siyasət və Regionlararası əlaqələr Departamentindən bildirilib ki, Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Elşən İbrahimov adından Departamentə göndərilən Rusiya ermənilərinin “yerkramas.org” saytına qarşı tədbirlərin görülməsi barədə müraciətə baxılıb.
Qeyd olunub ki, saytın fəaliyyətində millətlərarası münaqişələrin qızışdırılması əlamətlərinin olub-olmaması barədə müraciət bundan sonra baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Departamentdən o da bildirilib ki, Azərbaycan diasporu rəhbərinin müraciətində qeyd olunan faktlar təsdiq olunacağı təqdirdə, “yerkramas.org” saytına qarşı qüvvədə olan Rusiya qanunvericiliyinə müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, Rusiya ermənilərinin qəzeti olan “Yerkramas” 1996-cı ildən çap olunur. Krasnodarda nəşr olunan qəzetin onlayn versiyası isə yerkramas.org saytıdır. Həm qəzet, həm də saytın əsas səhifəsində İkinci Dünya müharibəsində Adolf Hitler Almaniyası ilə əməkdaşlıq edən, Üçüncü Reyxin yaxın silahdaşı faşist Qaragen Nijdenin “Türklə mübarizə aparmadığımız bir gün belə olmamalıdır” şüarı yazılıb. \APA
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar