Xəbər lenti
Sabiq icra başçısının parnikinin 70 min qaz pulu borcu var
Salyan rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Tahir Kərimovun "Azəriqaz” İstehsalat Birliyinə 70 min manata yaxın borcu ortaya çıxıb.
Manevr.az demokrat.az-a istinadən xəbər verir ki, sözügedən borc bir neçə il öncədən qalmış və indiyədək ödənilməmiş vəsaitdir.
Sözügedən borc Salyanın Çadırlı kəndi ərazisində Tahir Kərimova məxsus olan 2 hekdardan artıq istixana təsərrüfatına görə yaranıb.
Tahir Kərimov həmin istixana kompleksini Salyan rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə yaradıb. Sözügedən istixanada xiyar və pomidor sortları becərilir. Hazırda sözügedən istixanaya Tahir Kərimovun sürücüsü olmuş Yusif adlı qohumu nəzarət edir.
"Azəriqaz” İstehsalat Birliyinin yeni mətbuat katibi Ceyhun Səfərov bildirib ki, iş gününün sonu olduğu üçün sözügedən borcla bağlı dəqiq fikir bildirmək olmayacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar