Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar - Ərdoğana müraciət edib

Tarix: 17-07-2019 14:57     Baxış: 4217 A- / A+
Zakir Fərəcovun qardaşını Türkiyədə aldadıblar - Ərdoğana müraciət edib


Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun qardaşı, keçmiş deputat Nazim Fərəcovu Türkiyədə aldadaraq külli miqdarda pulunu əlindən alıblar.

Manevr.az yenisabah.az-a istinadən xəbər verir ki, o başına gələnlərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da məktub ünvanlayıb. Jurnalist Cavanşir Həsənlinin paylaşdığı xəbərdən bəlli olur ki, icra başçısının qardaşı Nazim Fərəcov 2012-ci ildə Türkiyədə Kuşadasında yerli əmlak şirkətlərindən birinin vasitəçiliyi ilə dəyəri bir neçə milyon lirə olan restoran və mənzil alıb.

Orada əlavə xərc çəkib Mert Mungan adlı şəxsin inşaat şirkətinə təmir və yeni dizayn işləri gördürüb. Restoranın qarşısında NORF RESTAURANT BAR yazılı iri reklam lövhəsi asdırıb. 10-12 nəfər personal işə götürüb və restoran fəaliyyətə başlayıb.

Amma bir az sonra restoranın əsl sahibi ortaya çıxıb. Məlum olub ki, Nazim Fərəcov əmlak şirkəti tərəfindən aldadılıb, restoranı və mənzili saxta sənədlərlə satıblar.

Nazim Fərəcov Ərdoğana məktubunda yazır ki, əmlak şirkətinin sahibi və qardaşı dolandırıcılıq edərək onun mülkünə əl qoymaq üçün qeyri-qanuni yollara da əl atıb. Keçmiş deputat iddia edir ki, həmin şəxslər vəkillərlə və icra məmurları ilə anlaşaraq onun satın aldığı restoran və evi satışa çıxarıblar.

Nazim Fərəcov Ərdoğanı inandırmağa çalışıb ki, onu aldadanlar FETÖ-çü olublar və bu səbəbdən Avropaya qaçıblar.

Məktubun sonunda Nazim Fərəcov aldığı əmlakların geri qaytarılmasını Ərdoğandan xahiş edib.

Məktub indi üzə çıxsa da, 2017-ci ilin dekabrın 7-də yazılıb. Bu günə qədər isə əmlak mübahisəsi davam edir.

Nazim Fərəcov deputat olmamışdan əvvəl Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rəhbəri vəzifəsində çalışıb. Oğlu Ruslan Fərəcov Türkiyədə bizneslə məşğuldur və Norf ticarət markası ilə sərinləşdirici içkilər istehsalı ilə məşğuldur. Bundan başqa sabiq deputatın oğlunun Kuşadasında "Norf" adı altında "Bistro" kafesi, sushi və balıq restoranı var.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar