Xəbər lenti
Bakı meriyası Müsavat Partiyasının aksiyasına razılıq verməyib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının Gənclər Komitəsinin iyulun 17-də İranın Bakıdakı səfirliyi qarşısında piket keçirməsinə razılıq verməyib.
Bu barədə partiyanın mətbuat katibi Mustafa Hacıbəyli məlumat verib.
Onun sözlərinə görə, gənclər İranla Ermənistanın birgə silah istehsalına etiraz olaraq aksiya keçirmək barədə qərara verib. Lakin BŞİH gənclərə “etirazla bağlı İran səfirliyinə yazılı şəkildə müraciət etməsini” tövsiyə edərək, aksiya üçün razılıq verməyib.
Hacıbəyli qeyd edib ki, Müsavat qurumun razılıq verməməsini sərbəst toplaşmaq hüququnun pozulması kimi qiymətləndirərək imtinanı pisləyir və Azərbaycan hakimiyyərtindən İranla Ermənistanın birgə silah istehsalına münasibət bildirməsini tələb edir.
Müsavat Partiyasının bu bəyanatına rəsmi qurumlar hələ şərh verməyib.cebhe.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar