Xəbər lenti
Gürcülərin Azərbaycan sərhədçilərinə hücumu ilə bağlı RƏSMİ MƏLUMAT
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi “Keşikçidağ”da baş verən hadisə haqqında məlumat yayıb.
Manevr.az xəbər verir ki, məlumatda deyilir:
“İyulun 14-də saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.
Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.
Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib”.
Qeyd edək ki, bir qrup Gürcüstan vətəndaşı Azərbaycan sərhədçilərinin üzərinə hücum edib. Sərhədçilərimizin təmkinli davranışı nəticəsində mülki əhali ilə insident böyümədən sakitləşdirilib./bakupost/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar