Xəbər lenti
Narkotiklə aldadılaraq 15 il azadlıqdan məhrum olunan şair: "Məşhurlaşacam" – VİDEO

Manevr.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 3-cü məhkumluq həyatı yaşayan Oruc Həsənovun həyatından danışılıb.
Oruc Həsənov – Məhkum (Cəzası: 10 il, ümumi 14 il): "Şairəm, 50 kitabım var. Jurnalist kimi müxtəlif qəzetlərdə çalışmışam. Uşaq yaşlarından müxtəlif qəzetlərdə şeirlərim çıxırdı. Kitab şəklində 1997-ci ildə çıxarmışam. Hərdən toya gedirdim. Meyxana da deyirdim. Toyda falan nəşə çəkirdim. Aludəçisi olmamışam. 2 dəfə elə tutulmuşam. İşdən gəlirdim. Qonşuda narkoman var idi. Mənə dedi ki, ala bu nəşəni polis bölməsinin yanından keçirt, məhlədə verərsən. Bölmənin yanında tutdular. Dedilər ki, kimindir? Deyə bilmədim qonşunundur. 2 il iş verdilər. 2-ci dəfə Şəmkirdə olanda kənd uşaqları vermişdi. Çəkdim xoşuma gəlmədi. Pencəyimin cibinə qoydum. Gəldilər pencəyimin cibindən çıxdı. 2 il yarım verdilər, il yarım çəkdim. Burada olduğum müddətdə 4 kitab yazmışam. Çöldə olsaydım yaza bilməzdim. Bəlkə də bu kitablarla məşhurlaşacam. Çöldə yazdığım 45 kitabı buradakı 1 kitaba dəyişmərəm. Bu kitablar sayəsində bəlkə də adım Azərbaycan ədəbiyyatına düşəcək. Kitabımın birinin adını "Ağıllı dəli" qoymuşam. Şair kimi ağıllı, insan kimi dəli. 2 qızım var. Birinin 15, birinin 12 yaşı var. Özüm demişəm ki, gəlməyin. 6 ildir gələn yoxdur".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































