Xəbər lenti
İncilin gizlədilən iki min illik sirri
FETÖ lideri Fətullah Gülənin əmri ilə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sivasdan seçilmiş deputatı, Böyük Birlik Partiyasının təsisçisi və ilk sədri Muhsin Yazıcıoğlunun 25 mart 2009-cu ildə öldürülməsi iddiasının arxasındakı sirr ortaya çıxıb.
Publika.az xəbər verir ki, Yazıçıoğlu "Barnabas İncili"nin filmini çəkdirmək istəyirmiş.
Bu, FETÖ liderini narahat edib və onun əmri ilə təşkilatın Türkiyə Hava Qüvvələrindəki üzvləri M.Yazıçıoğlunun mindiyi helikopteri qəzaya salıblar.
Ortaya çıxan yeni faktlarda qəza zamanı həlak olan M.Yazıçıoğlunun "Blackberry" markalı telefonunda "Barnabas İncili"nin fotoları olub. FETÖ mənsubları həmin telefonun yaddaş kartını oğurlayıblar.
"Barnabas İncili" İsa peyğəmbərin tələbəsi Əziz Barnabas tərəfindən yazılıb. Bu, orijinal İncildir və Vatikanın təbliğ etdiyi İncildən fərqlənir. Həmin İncilin orijinal nüsxəsindən biri də Türkiyə dövlətində olub.
"Barnabas İncili" ortaya çıxsaydı...
Bu İncildə hazırda Vatikanın təbliğ etdiyi xristianlığın, xüsusilə İsa peyğəmbər haqqında bir çox şeyin yalan olduğu barədə faktlar var. Orijinal İncil olaraq tanınan bu kitabda əslində İsa peyğəmbərin evləndiyi, ailəsinin qəbrinin olduğu yer kimi dəlillər var. Buna görə də Vatikan iki min ildir orijinal İncili gizlədir. Bunun ortaya çıxması bütün dünyada dəyişikliyə səbəb ola bilər. İddialara görə, bu İncili kim görürsə, o, mütləq öldürülür.
Maraqlı məqamlardan biri də odur ki, Türkiyə dövləti əlindəki orijinal İncili nə vaxt gündəmə gətirmək istəsə, terror və digər hücumlarla qarşılanır.
Vatikana yaxın olan, hətta "gizli kardinal" olduğu deyilən Fətullah Gülənin məhz "Barnabas İncili"nə görə Yazıçıoğlunun ölüm əmrini verməsi təsadüfi hesab edilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar