Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Pərvin Kərimzadə: Azərbaycan-UNESKO əlaqələri yüksələn xətlə inkişaf edir

Tarix: 08-07-2019 17:02     Baxış: 3158 A- / A+
Pərvin Kərimzadə: Azərbaycan-UNESKO əlaqələri yüksələn xətlə inkişaf edir


“Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilən, zəngin tarixə və mədəniyyətə malik Azərbaycan bir neçə gündür ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edir. Bu dəfə ölkəmiz ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirməklə, dünya ictimaiyyətinə sülh, əmin-amanlıq çağırışları səsləndirilməsinə, elm, təhsil və mədəniyyət sahələrində yeni əməkdaşlıq körpülərinin salınmasına vasitəçi olub”.

Manevr.az xəbər verir ki, bu barədə açıqlamasında millət vəkili, Gəncə Dövlət Universitetinin (GDU) Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə bildirib. O qeyd edib ki, qarşılıqlı inam və etimada söykənən Azərbaycan-UNESKO əməkdaşlığı nəticəsində ölkəmiz milli-mənəvi dəyərlərinin, tarixi-mədəni mirasının qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verir.

Millət vəkili vurğulayıb ki, tarixi – mədəni abidələri Dünya İrs Siyahısına salınması üçün təkliflərin dəyərləndirilməsində, müzakirələrin aparılmasında 2500-dən çox nümayəndənin iştirakı ilə keçən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçı ölkələrə həm də bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb: “Bu il ölkəmizdə keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası xalqımızın zəngin mədəni irsinin qorunmasına, ölkəmizdə mədəni və turizm imkanlarının təşviq olunmasına öz töhvəsini verib. Bu sessiyada iştirak edən mötəbər qonaqlar da sessiyanın tribunasından Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu səsləndirib, multikultural sahədə təcrübəsinin digər dövlətlərə nümunə olduğunu qeyd ediblər. Bütün bunlar sülhün, dayanıqlı inkişafın, qlobal və regional sabitliyin ölkəmizin əsasi hədəflərindən olduğunu bir daha təsdiqləyir. Azərbaycan dövləti milli mədəniyyətimizin, tarixi irsimizin nadir incilərini qoruyub saxlayaraq dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl və sistemli siyasət aparıb. Bu siyasətin nəticəsi olaraq Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb”.

Deputat P.Kərimzadə deyib ki, tarixən beynəlxalq karvan-ticarət yolları üzərində yerləşən Azərbaycan, xüsusən də onun unikal təbii gözəlliklərə və tarixi-mədəni xüsusiyyətlərə makil, qədim ipəkçilik mərkəzi olan Şəki şəhəri mədəni müxtəlifliyin yaradılmasında və qorunub saxlanmasında bəşəri sivilizasiyanın inkişafına öz töhfəsini verib: “UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” nin Ümumdünya İrs Siyahısına daxil edilməsi minillərlə bu coğrafiyada yaşayan, etnik milli xüsusiyyətlər çərçivəsində özlərinin yaradıcılıq və sənətkarlıq qabiliyyətlərini yaradan və inkişaf etdirən, dünyanın həm mənəvi, həm də maddi irsinə bənzərsiz nailiyyətlər bəxş etmiş bu diyarın sakinlərinə və onların bu bacarıqlarına verilmiş ali qiymətdir”.

Millət vəkili xatırladıb ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub, milli mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verib: “2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva sessiyanın açılışında çıxış edərək, ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu, ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını xüsusilə qeyd edib”.

Deputat P.Kərimzadə söyləyib ki, Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində UNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir: “Mehriban Əliyevanın uğurlu fəaliyyəti nəticəsində İçəri Şəhər, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, novruz ənələrimiz, aşıq, misgərlik kəlağayı və xalça sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. Bir çox tədbirlər UNESKO çərçivəsində qeyd edilib. Bütün bunlar Azərbaycan – UNESKO əlaqələrinin yüksələn bir xətlə inkişafda olduğunu göstərir. Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində, Heydər Əliyev Fondu və UNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də yüksək səviyyədə həyata keçirilir. UNESKO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban xanım Əliyeva haqqında söylədiyi “Siz UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” sözləri isə UNESKO-nun Xoşməramlı Səfirinin bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə verilən qiymətdir”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar