Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sosial şəbəkələr niyə çökdü? – Ciddi proseslər...

Tarix: 04-07-2019 17:49     Baxış: 3155 A- / A+
Sosial şəbəkələr niyə çökdü? – Ciddi proseslər...

Ötən gün bir neçə saat ərzində Votsap, Feysbuk, İnstaqram sosial şəbəkələrində problem müşahidə olunub və istifadəçilər foto, video yükləmə xidmətlərindən yararlana bilməyiblər. Problemin nədən qaynaqlanması ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Mövzu ilə bağlı axar.az-a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Feysbukun indiyə qədər məsələyə rəsmi aydınlıq gətirməməsi bu qlobal resursda ciddi proseslərin getdiyini göstərir:

“Çünki zaman-zaman belə hadisələr yaşananda səbəblərlə bağlı operativ şəkildə rəsmi açıqlama verilirdi. Son günlər bu qlobal resurs, yəni Feysbuk sosial media məkanında inhisarçı bir durum yaradıb. Son dövrlər şahidi olduq ki, bu inhisarçı durumdan manipulyasiya məqsədləri üçün də istifadə oluna bilir. Bu da ciddi fəsadlara gətirib çıxarır.

Hətta bir neçə dəfə bu qurumun rəhbərlərini Böyük Britaniya, Amerika, Avropa ölkələrinə dəvət etdilər ki, gəlin hesabat verin, görək nə baş verir. O zaman qurum rəhbərlərinin qarşısına tələblər qoyuldu. Hesab edirəm ki, baş verən problemlər qoyulan tələblərdən irəli gəlir. Ola bilər ki, hansısa dəyişikliklər aparılacaq və bu barədə də açıqlama vermək istəmirlər”.

O.Gündüz bildirib ki, bu qurum artıq liberallaşmağa getmək istəyir:

“Ola bilər ki, inhisarçılığından əl çəkəcək alətləri işə salmaq istəyir. Hesab edirəm ki, zamanla onların inhisarçı durumunun zəifləməsi istiqamətində müəyyən addımlar atıla bilər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar