Xəbər lenti
Dünyada arvadları tərəfindən döyülən, öldürülən kişilər – Dəhşətli STATİSTİKA
Çoxsaylı ataşdırmalar ailədaxili zorakılğın daha çox içki düşkünü yaxud narkoman ailələrində rast gəlindiyi göstərsə də, ümumilikdə, cəmiyyətin ali zümrələrində də bu kimi xoşagəlməz hallara rast gəlinir.
BMT-nin son illər apardığı araşdırmalar ailədaxili zorakılıq zamanı qurban rolunda kişilərin sayının artdığını göstərir.
Belə ki, ötən dövrlərlə müqayisədə dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır.
ABŞ Ədliyyə Departamentinin məlumatına görə əri tərəfindən döyülən hər 15 qadına, qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda, qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyini ortaya qoyur.
Uzun illər sosioloqlar qadınlara qarşı törədilən ailədaxili zorakılığı araşdırdığı üçün şiddətə məruz qalan kişilər barədə dolğun məlumatlar olmayıb. Son illər bu sahədə boşluğu doldurmaq üçün aparılan araşdırmalar isə daha çox ABŞ və Qərbi Avropa ölkələrində rast gəlinir.
Bununla belə, həmin araşdrımalar da təəccüblü nəticələr nümayiş etdirir. Belə ki, Qərbdə əri tərəfindən şiddətə məruz qalan qadınların 80%-i ən azı 1 dəfə cavab zorakılığına əl atıb.
Maraqlıdır ki, 70-ci illərdən başlayaraq ABŞ-da təıdqiqatçılar “döyülən kişi sindronu” ifadəsindən istifadə edirlər. Ailə psixoloqu Martin Steynments evli qadınlara nisbətən qeyri-rəsmi nikahda yaşayan qadınların öz partnyorlarını daha sıx öldürdüyünü müəyyən edib. Qadınların zorakılığın əsas motivasiyası – emosional yorğunluq, qəzəb, depressiya və qısqanclıq çıxış edir. Zəif cins nümayəndələri cinayəti emosional halda törətdikləri üçün onun nəticələri bəzən çox ağır olur.
Rusiyada və ABŞ-da hazırda həyat yoldaşıln öldürən hər 100 kişiyə, ərini öldürən 75 qadın düşür. Yaxın onilliklərdə bu nisbətin bərabərləşəcəyi gözlənilir. Böyük Britaniyada 2018-ci ildə keçirilən səy sorğusu zamanı rəyi soruşulan 38% qadın və 24% kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib. Psixoloji basqıya gəlincə, 68% qadın və 53% kişi ailədaxili mübahisələrdə bu metoddan istifadə etdiyini etiraf edib.
Azərbaycana gəlincə, ailədaxili mübahisələr zamanı əsasən qadınlar fiziki şiddət qurbanı olsa da, kişilərin də öz xanımları tərəfindən öldürülməsi və döyülməsi halları da zaman-zaman mətbuatda işıqlanıb. Amma Azərbaycan şiddətə məruz qalan kişilərlə bağlı əsaslı statistika və əsaslı tədqiqat aparılmayıb. (modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar