Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
BÜTÜN XƏBƏRLƏR

Bu çimərliklərdə ehtiyatlı olun – Ən çox boğulma halları burada baş verir – RƏSMİ

Tarix: 01-07-2019 20:57     Baxış: 7197 A- / A+
Bu çimərliklərdə ehtiyatlı olun – Ən çox boğulma halları burada baş verir – RƏSMİ

Demək olar ki, hər il çimərlik mövsümü başlayandan sonra mövsüm boyunca boğulma halları qeydə alınır. Boğulma halları qeyri-çimərlik əraziləri ilə bərabər, ümumi müəyyən edilmiş ərazilərdə də baş verir.

Bu il də çimərlik mövsümü elan edilər-edilməz artıq boğulma halları qeydə alnıb.

FHN kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili modern.az-a açıqlamasında iyunun 1-dən bu günədək 45 nəfərin boğulma təhlükəsindən xilas edildiyini bildirib.

“Boğulmaqda olan şəxslər xilasedicilər tərəfindən xilas olunub. Ümumi çimərlik ərazilərində, xidməti yerlərdə ölüm hadisəsi qeydə alınmayıb. Xilas edilən 45 nəfərin heç birinin səhhətində ciddi problem yaranmayıb, hər birinə ayrılıqda ilkin tibbi xidmət göstərilib”.

Aqşin Əlili bildirir ki, bu il boğulma halları ən çox Mərdəkan, Bilgəh və Qızılqum çimərliklərində qeydə alınıb:

“Yaxşı olardı ki, nəzarətsiz çimərliklərdən istifadə edilməsin. Hansı ərazilərdə ki xilasedicilər və xilasetmə texnikası var, vətəndaşlar həmin ərazilərdə çimsinlər. Üzmə sərhədlərini müəyyən edən nişanlar olmadığı təqdirdə insanların suya girməməsi məsləhət görülür”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar