Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əli Əhmədovun təşəbbüsünə hansı məmurlar qoşulacaq? – Baş nazirin, müavinlərinin, nazirlərin maaşı – SİYAHI

Tarix: 01-07-2019 12:40     Baxış: 4186 A- / A+
Əli Əhmədovun təşəbbüsünə hansı məmurlar qoşulacaq? – Baş nazirin, müavinlərinin, nazirlərin maaşı – SİYAHI


Ötən həftə baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov müharibə vəziyyətində, 1 milyon məcburi köçkünü olan Azərbaycanda xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblərin mövcudluğunu əsas gətirərək, təşəbbüs irəli sürdü.
Belə ki, Silahlı Qüvvələrə Yardım Fondunu xatırladaq baş nazirin müavini hakim Yeni Azərbaycan Partiyasının üzvlərini Fonda dəstək aksiyaya qoşulmağa çağırıb.

Əli Əhmədov sosial şəbəkə vasitəsilə işlədiyi qurumun mühasibatına aylıq əmək haqqımın 50 faizinin həmin Fonda köçürülməsi barədə müraciət edib.

Maraqlıdır, Əli Əhmədov baş nazirin müavini olaraq nə qədər maaş alır?

Bununla bağlı kiçik bir araşdırma apardıq.

Məlum oldu ki, dövlət orqanlarında rəhbər vəzifələr tutan məmurların aylıq maaşı ölkə Prezidentinin 10 avqust 2004-cü il tarixdə təsdiqlədiyi “Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamı ilə tənzimlənir.

Həmin sərəncama əsasən, baş nazirin müavini hazırda 2060 manat məvacib alır. Bundan başqa, rəhbər işçilərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı da verilir.

2004-cü il sentyabrın 1-dən qüvvədə olan sərəncama əsasən, rəhbər işçilərin aylıq vəzifə maaşları müasir dövrün tələblərinə uyğunlaşdırılıb və aşağıda verilmiş cədvəldəki kimidir./modern.az

Manevr.az

“1. Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin


1.1. Baş nazir 2460 manat
1.2. Baş nazirin birinci müavini 2160 manat
1.3. Baş nazirin müavini 2060 manat
1.4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi 1925 manat
1.5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri 1595 manat
1.6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini 1375 manat
1.7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini 1280 manat
1.8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini 1155 manat
2. Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilsin:
Bakı şəhəri 1925 manat
Gəncə və Sumqayıt şəhərləri 1280 manat
şəhər, rayon və şəhər rayonu üzrə:
əhalisinin sayı 100 min nəfərdən çox olduqda 1045 manat
əhalisinin sayı 50-100 min nəfər olduqda 990 manat
əhalisinin sayı 50 min nəfərədək olduqda 880 manat.”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar