Xəbər lenti
Paşinyan gürcülərə də nifrət edən şəxsə vəzifə verdi... – Şərh
Zareh Sinanyanın Ermənistanın Diasporla iş üzrə müvəkkili təyin edilməsi Paşinyanın faşist ideologiyasına və xüsusilə antiislam, antitürk düşüncəli insanlara verdiyi dəyərin göstəricisidir.
Manevr.az bildirir ki, bu sözləri axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa ifrat irqçi, islamofob Zareh Sinanyanın Ermənistanın Diasporla iş üzrə müvəkkili təyin edilməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Paşinyanın millətlərə və xalqlara nifrət bəsləyən birini vəzifəyə təyin etməsi təəccüblü deyil:
“Biz Zareh Sinanyanın keçmişinə nəzər salsaq görərik ki, o, bir sıra etnik qrupları və xalqları təhqir edən şəxsdir. Z.Sinanyan dəfələrlə Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edib və Dağlıq Qarabağ separatçılarını Kaliforniyada qəbul edib. Eyni zamanda, Sinanyan gürcülərə qarşı ritorikası ilə məşhurdur. O, Gürcüstanın Cavaxetiya bölgəsində ermənilərin separatizm meyillərini dəstəkləyənlərdən biridir. Belə bir şəxsin Ermənistanın baş naziri tərəfindən Diasporla iş üzrə müvəkkil vəzifəsinə təyin edilməsi bir daha Paşinyanın faşist ideologiyasına və antiislam, antitürk düşüncəli insanlara verdiyi dəyəri göstərir. Ümumiyyətlə, Paşinyanın millətlərə və xalqlara nifrət bəsləyən birini vəzifəyə təyin etməsi təəccüb doğurmur, çünki bu, erməni sifəti ilə bağlı olan məsəlidir. Bu sifət Paşinyan hakimiyyəti dövründə daha çox qabarır”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar