Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

XİN Qarabağ danışıqları barədə məlumat yaydı

Tarix: 28-06-2019 20:12     Baxış: 2178 A- / A+
XİN Qarabağ danışıqları barədə məlumat yaydı


Ermənistan tərəfi danışıqlar prosesinin irəli aparılmaması üçün bəhanələr axtarır

"Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşınqton görüşünün nəticələri ilə bağlı KİV nümayəndələrinin sualını cavablandırarkən qeyd edib ki, münaqişənin tərəfləri qismində Ermənistan və Azərbaycan tərəfləri istər Madrid prinsipləri, onların yenilənmiş variantı, istər Kazan prinsipləri və ya “Lavrov planı” adlandırılan sənəd olsun bunlar üzrə danışıqlar apararkən də təmas xəttində gərginliklər olub".

Manevr.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-dən bildirilib.

"Ermənistan xarici işlər naziri dünən mətbuat brifinqində “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmaq olmaz” deyərək Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun “bu günədək müzakirə olunan sənədlər üzrə danışıqlar aparanda cəbhədə heç də tam sakitlik hökm sürmürdü” fikrinə münasibət bildirib. Bununla bağlı nə deyə bilərsiniz" sualına XİN-dən belə cavab verilib: "Bununla belə substantiv və intensiv dialoq davam etdirilirdi. Yəni, danışıqlar prosesi cəbhə xəttindəki vəziyyətin girovuna çevrilməməlidir. Bunu anlamamaq və bu deyiləndən nəticə çıxarmamaq, Ermənistan tərəfinin danışıqlar prosesinin irəli aparılmaması üçün bəhanələr axtarır fikrini bir daha təsdiq edir. Xatırladırıq ki, cəbhə xəttindəki gərginliyin səbəbi məhz Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur və bu gərginliyə son qoymaq üçün danışıqlar prosesi substantiv məsələlərin həlli üzrə irəli aparılmalıdır; bu qədər! Ermənistan tərəfinin məntiqi ilə Düşənbə görüşündən sonra əldə edilmiş qarşılıqlı razılıq əsasında cəbhə bölgəsindəki nisbi sakitlik dövründə biz danışıqlarda konkret nəticələr əldə etməli idik, lakin hər şey göz qabağındadır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olan tərəf konkret nəticəyə yönəlik danışıqlardan yayınmaq üçün bəhanə axtarmamalıdır, siyasi iradə və qətiyyət nümayiş etdirilməlidir. Ermənistan tərəfindən bizim və beynəlxalq ictimaiyyətin gözləntisi bundan ibarətdir".istirress

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar