Xəbər lenti
15 yaşlı qızın ATV-də müzakirəsi... - MTRŞ-dən reaksiya

Azərbaycanda 15 yaşlı qızın 27 yaşlı üç uşaq atası ilə qaçması cəmiyyətdə birmənalı qarşılanmayıb. Hadisənin ATV-də yayımlanan “Bizimləsən” verilişində müzakirə obyektinə çevrilməsi sosial şəbəkələrdə istifadəçilər tərəfindən tənqid olunub və erkən nikahın təbliği kimi qiymətləndirilib.
Məsələ ilə bağlı axar.az-a açıqlama verən Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, bu cür hadisələrin efirdə yayımlanmasının müsbət tərəfləri ilə yanaşı, mənfi təsirləri də var.
T.Dadaşov qeyd edib ki, bu səbəbdən efirdə belə mövzuların müzakirə obyektinə çevrilməsi tövsiyə olunmur:
“15 yaşlı qızın ailə qurması və ya kiminləsə birgə yaşaması ilə bağlı məsələ bizim səlahiyyətimizə aid deyil. Belə hadisələri efirdə göstərdikdən sonra reaksiyalar müxtəlif ola bilər. Bir tərəfdən baş verənlərdən müvafiq qurumların xəbərdar olması və başqa insanların bu nümunədən dərs çıxarması müsbət effekt kimi sayıla bilər. Lakin məsələnin digər tərəfini də unutmaq olmaz. İnsanlar bunu erkən nikahın təbliği kimi qiymətləndirirlər. Bu səbəbdən belə hadisələri efirdə müzakirə etmək tövsiyə olunmur”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar