Xəbər lenti
Ermənistan Rusiyanı AŞPA-da belə “atdı”
İyunun 24-də Avropa Şurası Parlament Assambleyası Rusiyanın AŞPA-ya qayıtmasına icazə verən qətnaməni təsdiqləyib. Sənədi 118 deputat dəstəkləyib, 62 deputat qətnamənin əleyhinə çıxış edib, daha onu isə bitərəf qalıb.
Manevr.az xəbər verir ki, bu sözləri Mixail Belyayev "Vestnik Kavkaza"da qeyd edib. Müəllif bildirib ki, Gürcüstan nümayəndə heyəti bütövlüklə qətnamənin əleyhinə səs verib, bu da Gürcüstan-Rusiya münasibətlərindəki gərginliyi nəzərə almaqla gözlənilən idi. Azərbaycan nümayəndə heyəti, əksinə, Rusiyanın AŞPA-ya qayıtmasını dəstəkləyib və bu da Moskva və Bakı arasındakı yüksək əlaqələri nəzərə almaqla sürpriz olmadı:
"Ən təəccüblü isə Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqi kimi qələmə verilən Ermənistanın mövqeyi oldu. Ermənistan Baş naziri Nikol Paşinyanın “məxməri inqilab”dan sonra İrəvanın xarici siyasət prioritetlərinin dəyişməyəcəyi ilə bağlı vədlərinə baxmayaraq, erməni siyasətçilərinin hərəkətləri əksini sübut edir.
AŞPA-dakı erməni nümayəndə heyətinin rəhbəri, Paşinyanın “Mənim addımım” blokunun üzvü Ruben Rubenyanın Rusiyanın AŞPA-ya qayıtmasının əleyhinə səs verməsini başqa cür necə izah etmək olar? Rubinyanın səsvermədə səhvə yol verdiyi ilə bağlı gülünc bəhanələrini ciddi qəbul etmək çətindir. Əgər Rubinyan vacib səsvermə zamanı düzgün düyməni basa bilmirsə, belə bir qeyri-professional siyasətçinin hansi meyarlara əsaslanaraq Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri təyin edilməsini başa düşmək olmur.
Əgər bir saniyəyə Rubinyanın yalan danışmamasını, onun doğrudan düzgün düyməni basa bilməməsini fərz etsək belə, niyə “Mənim addımım” blokunun ikinci deputatı – Ovanes İgityan Rusiyanı AŞPA-da dəstəkləməyib? O, Rusiya diplomatiyası üçün belə vacib məsələdə səsvermədə iştirak belə etməyib.
Beləliklə, “Mənim addımım” - xatırladaq ki, bu fraksiya parlamentin mütləq əksəriyyətini təşkil edən Ermənistan siyasi qüvvəsidir - əsas müttəfiqi Rusiyanın mövqeyini Avropa Şurasında bütün dünyanın qarşısında dəstəkləməkdən imtina etdi.
Baxmayaraq ki, Rusiyanın mövqeyini bütövlüklə Fransa, İtaliya, Türkiyə, Portuqaliya və digər dövlətlər dəstəkləmişdilər. “Yüksək səviyyədə olan Ermənistan-Rusiya münasibətləri” ilə bağlı bəyanat verən Paşinyanın xəbəri var ki, onun tərəfdaşları Avropada olarkən bu münasibətlərə necə zərb vururlar?
Bəlkə bu mövqe ABŞ Konqresinin bu günlərdə “Ermənistanda demokratiyanın inkişafına” təşviqinə ayırdığı 42 milyon dollara görə avansdır?"axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar