Xəbər lenti
Azərbaycanda dənizi işğal edən hansı məmurlardır?
Artıq Xəzər dənizi sahillərində dəniz mövsümü demək olar ki, başlayıb. Havanın isti olması minlərlə insanın yolunu dəniz kənarından salıb. Lakin onlar istirahət etməklə yanaşı xoşagəlməz anlarla da qarşılaşırlar.
Bugünlərdə Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlikdə xoşagəlməz hadisə yaşanıb. Dəniz kənarına istirahətə gələn şəxs polis əməkdaşlarının, eləcə də dəniz kənarında yerləşən obyektlərdən birinin təzyiqi ilə üzləşib. İstirahət etməyə gələn şəxs avtomobilini dəniz sahilində saxlasa da həmin ərazini çəpərləyən və qanunsuz olaraq nəqliyyat vasitələrinin girişini məhdudlaşdıran obyektin adminstratoru və ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşları tərəfindən təzyiqə məruz qalıblar.
Belə ki, sözügedən obyektin adminstratoru əlindəki daxili rabitə cihazı vasitəsilə polislərə məlumat verib, əraziyə yaxınlaşan post patrul xidmətinin əməkdaşları isə vətəndaşdan şikayətçi olan şəxslərin olduğunu əsas gətirərək maşınını dəniz sahilindən çəkməyi tapşırıb. Uzun mübahisədən sonra polis əməkdaşları sözügedən obyektin Daxili İşlər Nazirliyinə pul ödədiyini, ona görə də o obyketin qarşısında maşın saxlamağın qadağan olunduğunu bildirib və maşın dəniz sahilindən uzaqlaşdırılıb.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı bizimyol.info-ya danışan Polisə Dəstək İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, polis əməkdaşları polis haqqında qanunun tələblərinə uyğun şəkildə xidmət təşkil etməli, ictimai asayişi qorumalı və qanunvericiliyin tələblərinə əməl etməli olduğunu bildirib və əlavə edib ki, polis əməkdaşları hansısa sahibkarın subyektiv tələblərini yerinə yetirməməlidir:
"Hər bir post patrul xidmətinin əməkdaşının xidmət apardığı müəyyən ərazilər var. O xidməti ekipajla da apara bilər, təkbaşına da. Və o xidmət apardığı yerdə polis haqqında qanunun tələblərinə müvafiq şəkildə təşkil edirlər, qanunvericiliyi və ictimai asayişi qoruyan şəxslərdirlər. Həmçinin onlar yerli rəislərin, komandirlərinin təlimatları əsasında tapşırıqları yerinə yetirirlər.
Post patrul əməkdaşları hansısa bir sahibkarın özəl, subyektiv tələblərini yerinə yetirməyə borclu deyil, yerinə yetirməməlidir. Əgər orada asayiş pozulursa, kiminsə hüquqları tapdalanırsa, ictimai münasibətlərə ziyan dəyirsə təbii ki, post patrul xidmətinin əməkdaşları dərhal öz reaksiyalarını bildirməlidirlər. Amma kiminsə subyektiv tələbi əsasında "Bu maşın burada mənə mane olur, bu maşını burdan götür” tələbinə reaksiya verməsi onun səlahiyyətinə aid deyil.
Xəzər dənizi isə ümumxalq sərvətidir, ondan hər kəs bərabərhüquqlu şəkildə istifadə edə bilər, kimlərsə oranı qanunsuz hasarlaya, çəpərləyə bilməzlər, bu ölkəmizin konstitusiyasına ziddir. Bundan dolayı post patrul xidmətinin əməkdaşının nəqliyyat vasitələri ilə bağlı qərar qəbul etmək, xəbərdarlıq etmək, cərimə etmək səlahiyyəti yoxdur. O yalnız həmin hadisə ilə bağlı raport yazır, həmin raport aidiyyatı üzrə yerli Yol Polisi idarəsinə göndərildikdən sonra yol patrul xidmətinin əməkdaşları müvafiq tədbirlər görürlər”.
Yol nəqliyyatı eksperti Elməddinn Muradlı da Xəzər dənizinin hasarlanmasını və eləcə də nəqliyyat vasitələrinin dəniz sahilinə buraxlmamasını qanun pozuntusu kimi qiymətləndirib. O əlavə edib ki, sözügedən polis məmurları və obyekt rəhbəri aidiyyatı dövlət qurumlarına çağırılaraq dindirilməlidirlər:
"Bakı şəhəri ərazisində dayanma – durma yerlərinin müəyyənləşdirilməsi Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilir və oradan icazə alınır. Eləcə də İcra hakimiyyətlərindən, bələdiyyə ərazisidirsə bələdiyyə orqanlarından icazə alınır. Respublika ərazisində isə dayanma – durma yerlərinin müəyyənləşdirilməsi yalnız Daxili İşlər Nazirliyinin icazəsi əsasında aparılır və bunların hamısına Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizlik Komissiyası rəy verir.
Kiminsə pulu var, imkanı var haranısa hasarlayır, orada dayanma-durmanı qadağan edir, bu artıq özbaşınalıqdır. Harada maşın saxlamaq olmaz, bu qanunvericilikdə öz əksini tapıb. Əgər maşın saxlamağa icazə verilmirsə bu müvafiq nişanlarla göstərilməlidir. Lakin çimərliyi kiminsə hasarlaması, oraya maşının buraxılmaması qanuna zidd əməldir. Həmin polis əməkdaşlarını çağırıb dindirmək lazımdır ki, hansı əsasla bu addımı atıblar. Həmin obyekt sahibini də çağırıb dindirmək lazımdır ki, hansı əsasla orada nəqliyyat vasitəsinin saxlanmasını qadağan edib. Elə ən birincisi onlar dəniz kənarını hasarlamaqlarına görə birinci qanunsuz addımı atıblar, ikinci girişi qadağan edirlər bunun özü də qanunsuz əməldir”.
Qeyd edək ki, post patrul əməkdaşlarının idarə etdiyi xidməti nəqliyyat vasitəsinin çağrı nömrəsi 9176 olub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovla əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verilməyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar