Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

AŞPA-da Dilqəm və Şahbaza qarşı işgəncələrdən danışıldı - ŞƏKİL

Tarix: 25-06-2019 20:21     Baxış: 3319 A- / A+
AŞPA-da Dilqəm və Şahbaza qarşı işgəncələrdən danışıldı - ŞƏKİL

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslər məsələsinə həsr edilmiş “İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev” adlı tədbir keçirilib.

Azərbaycanın Ermənistan tərəfindən 1993-cü ildə işğal edilən Kəlbəcər rayonuna beş il əvvəl doğmalarının qəbrini ziyarətə getmiş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni hərbçilər tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib. Bu şəxslər Ermənistanın Azərbaycan torpaqlarında apardığı etnik təmizləmə siyasətinin qurbanlarıdır.


Manevr.az
xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tədbiri açaraq məsələ ilə bağlı məlumat verib.

Nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxış ediblər.

Natiqlər doğmalarının qəbrini ziyarətə getmiş iki mülki azərbaycanlının girov götürülmə şəraiti, onların girovluqdakı vəziyyətləri, səhhətləri ilə bağlı ətraflı məlumat veriblər. Ermənistan tərəfindən 1949-cu il Cenevrə Konvensiyasının, ona əlavə protokolların müddəalarının, eləcə də beynəlxalq öhdəliklərin kobud şəkildə pozulduğunu bildiriblər.

Qeyd ediblər ki, D.Əsgərov və Ş.Quliyev girovluqda işgəncələrə məruz qalırlar. Onlar qanunsuz məhkəməyə gətiriləndə gözləri bağlı şəkildə silahlı hərbiçilərlə müşayiət olunublar. Bütün bunların İşgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının kobud şəkildə pozulması deməkdir.

Tədbirdə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən, nəticədə bir milyon azərbaycanlının tarixi doğma torpaqlarından didərgin düşdüyü diqqətə çatdırılıb. Qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət proqramlarına, onlar üçün yaradılan infrastruktura baxmayaraq bu insanların doğma yurdlarına qayıtmaq ümidi ilə yaşadıqları bildirilib.

Avropa Şurasının, onun Parlament Assambleyasının bu məsələyə laqeyd münasibətinə toxunularaq, azərbaycanlı girovların səhhətlərindəki problemlər nəzərə alınaraq təcili tədbir görülməsi ilə bağlı çağırışlar edilib.

Girov D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının girov götürülməsindən, işgəncələrə məruz qalmasından, 2 ilə yaxındır ondan heç bir xəbər olmamasından danışıb. O atasının səhhəti ilə bağlı ciddi problemlər olduğunu bildirərək, beynəlxalq təşkilatlara, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək atasının işi ilə bağlı tezliklə qərar qəbul etməyə çağırıb, əks-təqdirdə bu işə baxmağın gec olacağını bildirib.

Sonra Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, eləcə də azərbaycanlı mülki girovlarla bağlı film nümayiş olunub.

Tədbir iştirakçıları insan hüquqları, demokratiya və qanunun aliliyi prinsi uğrunda mübarizə aparmağa çağırış ediblər. Bütün beynəlxalq təşkilatları, eləcə də Avropa Şurası və onun Parlament Assambleyasını girovlara yardım etməyə, separatizmə son qoymağa səsləyiblər.

Sonda azərbaycanlı girovlarla bağlı hazırlanmış və imzalanmış bəyanatın Avropanın bütün aidiyyəti institutlarına göndəriləcəyi bildirilib.

Manevr.az
AŞPA-da Dilqəm və Şahbaza qarşı işgəncələrdən danışıldı - ŞƏKİL

AŞPA-da Dilqəm və Şahbaza qarşı işgəncələrdən danışıldı - ŞƏKİL

AŞPA-da Dilqəm və Şahbaza qarşı işgəncələrdən danışıldı - ŞƏKİL


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar