Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Keçmiş baş redaktor vəfat etdi

Tarix: 25-06-2019 11:45     Baxış: 3352 A- / A+
Keçmiş baş redaktor vəfat etdi


Bu gün tarix elmləri namizədi, görkəmli alim, tanınmış yazıçı, tarixçi, publisist, ictiami-siyasi xadim, İsrafil Məmmədov vəfat edib.

İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının, Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. İsrafil Məmmədov Orta məktəbi qızıl medalla bitirərək öz kəndində - bitirdiyi məktəbdə müəllimlik edib. 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə Bakıya pənah gətirib.

İsrafil Məmmədov bir sıra sahələrdə çalışıb. O, rayon qəzeti və paralel olaraq rayon radiosunun aparıcısı olub, həmçinin Meğrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində işləyib. İrəvan Ali Partiya məktəbini bitərərək 1955-90-cı illərdə keçmiş Ermənistan SSR-də Azərbaycan dilində nəşr olunan "Sovet Ermənistanı" adlı respublika qəzetinin son baş redaktoru olub. Keçmiş Ermənistan SSR Təhsil nazirinin müavini, Respublika "Bilik" Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, AMEA Tarix İnstitutunda "Ermənistanda Azərbaycan mətbuatı tarixi" üzrə baş məsləhətçi vəzifəsində çalışıb.

1972-ci ildə "Ermənistanda Azərbaycan mətbuatı" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Azərbaycanda və Ermənistanda 1991-ci ildən sonra 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub. Azərbaycanlıların ın yaşam fəlsəfi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensklopediyada 8,jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.

"Üç göyərçinim", "Eldarın uşaqları", "Bizim Əfəndiyev", "Hicran, Körpüdən", "Ömür yarpağı" hekayələri həm də erməni mətbuatında işıq üzü görüb. A.Gelmanın "Aləmlə üz-üzə", Y.Onelin "Qarağaclar altında məhəbbət", P.Pançevin "Əkizlər", Ə.Əbubəkrin "Şuburumda dava-dalaş", Q.Sundukyanın "Daha bir qurban" və başqa səhnə əsrlərini ana dilimizə çevirib. Erməni millətçiləri buna cavab olaraq 1968-ci ildə onun yaşadığı mənzili partladıblar.

Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində "Erməni redaksiyası"nın müdiri olub. 1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib.
Prezidentin 25 may 2012-ci il tarixli Sərəncamı ı ilə İsrafil Məmmədova elm sahəsində "Dövlət Mükafatı" laureatı verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar