Xəbər lenti
Azərbaycanda ən çox maaşı kimlər alır?
2019-cu ilin yanvar-aprel aları ərzində Azərbaycanda ən çox maaş alanlar məlum olub.
Manevr.az xəbər verir ki, ölkədə dövlət sektorunda ən çox maaşı maliyyə və sığorta fəaliyyəti ilə məşğul olanlar alır. Belə ki, bu sahədə çalışanların orta aylıq nominal əməkhaqqı 1 497,1 manatdır.
Dövlət sektorunda ikinci ən çox maaş mədənçıxarma sənayesində verilir. Bu sahədə orta aylıq nominal əməkhaqqının məbləği 1 405,7 manat təşkil edir.
Adı çəkilən sektorda çalışanlar arasında növbəti ən çox maaş alanlar, nəqliyyat və anbar təsərrüfatı sahəsində çalışanlardı. Bu sahədə işləyənlərin orta aylıq nominal əməkhaqqı 820,6 manatdır.
Özəl sektora gəlincə isə burda dövlətdən fərqli olaraq ən çox maaşı mədənçıxarma sənayesində çalışanlar alır . Adı çəkilən sahədə çalışanların orta aylıq əməkhaqları 4 226,4 manat təşkil edir.
Qeyri-dövlət sektorunda ikinci ən çox maaşı peşə, elmi və texniki sahədə fəaliyyət göstərənlər alır. Bu peşə sahiblərinin arta aylıq əməkhaqqı 2 141,2 manat təşkil edir.
Üçlüyü isə maliyyə və sığorta fəaliyyəti ilə məşğul olanlar tamamlayır 1 816,8 manat./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar