Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz

Tarix: 20-06-2019 22:40     Baxış: 3156 A- / A+
Sizdə bu simptomlar varsa, daha çox su içməlisiniz


Su orqanizmin normal fəaliyyəti üçün qida qədər və hətta, deyə bilərik, qidadan daha vacibdir.

Məhz bu səbəbdən insan az su içəndə bu dərhal onun orqanizminin fəaliyyətinə təsir edir, müxtəlif pozulmalara səbəb olur. Təəssüf ki, insanların bir çoxu bu problemləri mayenin az qəbulu ilə deyil, digər səbəblərlə əlaqələndirərək dərmanlara üz tutur.

Saglamolun.az Ruisya KİV-lərinə istinadla sizi suyun az qəbulu ilə bağlı ola bilən sağlamlıq problemləri ilə tanış edir:

- Yorğunluq, süstlük, yuxululuq, tonusun azalması

Az su içən insanın orqanizmində qan qatılaşır və qan dövranı zəifləyir. Nəticədə bütün orqan və sistemlərin funksiyaları ləngiyir və zəifləyir.

- Baş ağrısı

Yuxarıda qeyd etdiyimiz kimi, az su içən insanın qanı qatılaşır ki, bu da qan dövranına mənfi təsir edir. Nəticədə orqanizm daha az oksigen alır ki, bu da ilk növbədə beyin üçün ziyanlıdır.

- İştahanın səbəbsiz artması

Beynimizdə maye qəbulu və iştahaya cavabdeh olan hissələr yaxın yerləşir. Bu səbəbdən insan susuzluqdan əziyyət çəkdikdə orqanizm bunu aclıq kimi "başa düşə" bilər. Belə hallarda su için. "Aclıq" keçibsə, deməli siz əslində su istəyirdiniz.

- Göz quruluğu

Hamı bilir ki, bu simptomdan əsasən uzun müddət kompüterdə işləyən insanlar əziyyət çəkir. Lakin bəzən bunun səbəbi susuzlaşma da ola bilər.

Göz daim göz yaşları ifraz edir. Göz yaşları göz almasını nəmləndirir, qurumaqdan qoruyur. Orqanizm az miqdarda su alanda mayeni qənaət etməyə başlayır ki, bu da göz yaşı kanallarına təsir edir.

- Ürək döyünməsinin artması

Az su içən insanın qanı qatılaşır. Ürək belə qatı qanı orqanizm boyü dövr etmək üçün daha çox əziyyət çəkir, ürəyə düşən gərginlik artır. Bu isə öz növbəsində ürəkdə ağrı və xoşagəlməz hisslərə səbəb olur.

- Onurğa və oynaqlarda ağrılar

Onurğa fəqərələri arasında və həmçinin oynaqlarda qığırdaqlar yerləşir. Bu qığırdaqlar amortizasiya funksiyasını yerinə yetirir. Qığırdağın çox hissəsi mayedən ibarətdir. Susuzlaşma zamanı qığırdaqlar quruyur və bu da onurğa və oynaqlara ağrı və digər xoşagəlməz hisslərə səbəb olur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar