Xəbər lenti
Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəisinin TƏRCÜMEYİ-HALI

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Manevr.az xəbər verir ki, Əli Nağı oğlu Nağıyev 1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsinin rəhbəri olub.
2004-cü ildə Milli təhlükəsizlik nazirinin birinci müavini təyin olunub. Prezident İlham Əliyevin 27 mart 2006-cı il tarixində imzaladığı Sərəncamla general-mayor hərbi rütbəsi verilib.
General-mayor Əli Nağıyev Azərbaycan prezidenti İlham Əliyevin 11 aprel 2011-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilib.
12 may 2011-ci il tarixində baş prokuror Zakir Qaralovun müvafiq əmri ilə Əli Nağıyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.
Prezident İlham Əliyevin 28 mart 2018-ci il tarixində imzaladığı Sərəncamla general-mayor Əli Nağıyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Qeyd edək ki, qardaşı Vəli Nağıyev Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli 1627 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyin edilib.(yeniavaz.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar