Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elinanın qəbrini kimlər təhqir edib? – Atası danışdı

Tarix: 20-06-2019 17:12     Baxış: 2227 A- / A+
Elinanın qəbrini kimlər təhqir edib? – Atası danışdı


Məzar üstünə qoyulan güllər yerindən çıxarılıb. Şəkil qoyulan çərçivənin şüşəsi sındırılıb, şəklini çıxarıblar çərçivədən. Xeyli axtardıqdan sonra göllükdə cırılmış vəziyyətdə tapdıq Elinanın şəklini.

Manevr.az bildirir ki bu sözləri axar.az-a özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev qızının məzarının təhqir edilməsinə aydınlıq gətirərkən deyib.

Ata bildirib ki, bu halla sonuncu dəfə iki gün əvvəl qızlarının məzarını ziyarətə gedərkən qarşılaşıblar:

“Dünən yox, ondan öncəki gün getmişdik qəbir üstünə. Bu halla onda tanış olduq. Hər gün, bəzənsə iki gündən bir ziyarətə gedirik. Nə olubsa, həmin o iki gün ərəfəsində olub. Sonucu ziyarətimiz zamanı gördük ki, məzar üstünə qoyulan güllər yerindən çıxarılıb. Şəkil qoyulan çərçivənin şüşəsi sındırılıb, şəklini də çıxarıblar çərçivədən. Xeyli axtardıqdan sonra göllükdə cırılmış vəziyyətdə tapdıq Elinanın şəklini. Mərmər məzarın üstündə olan fotosunun üstünü də rəngləyiblər. Dodağı və üzünü boya ilə qaralayıblar”.

Ə.Hacıyev bildirib ki, şübhələndikləri konkret olaraq kimsə yoxdur:

“Mən əlimdə heç bir sübut olmadan deyə bilmərəm ki, filankəs edib və ya kimsə edə bilər. Bu barədə məlumat verdik polisə. Axtarış elan ediblər. Əl izlərini götürüblər. Şəkildə, çərçivənin şüşəsinin üstündə əl izləri qalıb. Ekspertizaya verilib və axtarış aparılır. Qəbiristanlığa yaxın yolda otel yerləşir. Ehtimal edirik ki, onun kamerasına düşə bilər. Həmin yol bir qədər sakit yoldur, bir hissəsi türməyə, bir hissəsi isə qəbiristanlığa gedir. O yoldan yad biri keçəndə o dəqiqə bilinir. Axtarış elan edilib. Ümid edirik ki, belə əclaflığı edən şəxs tezliklə tapılacaq”.

Xatırladaq ki, Bakıda intihar etmiş məktəbli Elina Hacıyevanın qəbri üzərindəki fotosu cırılıb, gülləri isə dağıdılıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Həmçinin o, işdən çıxarılıb.

Cinayət komisyon məhkəmə-tibbi, məhkəmə-xətşünaslıq, məhkəmə kompüter-texniki, məhkəmə-psixoloji, məhkəmə-fonoskopik ekspertizaları təyin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar