Xəbər lenti
Sensasion GƏLİŞMƏ: Paşinyanı yıxacaq “gizli əl” göründü – İrəvanda məxfi görüşlər
Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan sabiq baş nazir, iş adamı Karen Karapetyanla görüşüb.
Bunu Sərkisyanın köməkçisi Armen Aşotyan jurnalistlərə açıqlamasında deyib.
O, görüşün əlavə detalları barədə məlumat verməyib, bu barədə ünvanlanmış suala cavab verməkdən imtina edib:
“Serj Sərkisyanın özəl görüşləri barədə açıqlama vermək səlahiyyətinə sahib deyiləm”.
Sərkisyan iş adamı ilə Karen Karapetyanın “Taşir” mehmanxanasından birgə çıxarkən kameraların obyektivinə tuş gəlib, mehmanxanada keçirilən gizli görüş də bundan sonra ortaya çıxıb.
Rusiyanın siyasi elitasına yaxınlığı ilə seçilən Karen Karapetyan bir müddət rus nəhəngi “Qazprom”un direktor müavini postunu tutub. Qış aylarında Rusiyadan Ermənistana qayıdan oliqarx bir neçə dəfə keçmiş Sərkisyan hakimiyyətinin nüfuzlu üzvləri ilə görüşüb. Yeni siyasi partiya qurduğu deyilən Karen Karapetyanın hakimiyyətə iddia etdiyi, bu işdə əsas ortağının keçmiş prezident Robert Köçəryan olduğu bildirilir.
Karapetyanın görüşünün bir neçə gün əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin və Robert Köçəryanla görüşündən sonraya təsadüf etməsi Ermənistan mediasında ilginc iddianın yayılmasına səbəb olub. Böyük bir siyasi partiya ilə meydana çıxmağa hazırlaşan Karapetyan və Köçəryanın Kremldən böyük siyasi və maddi dəstək aldığı da müzakirə mövzusuna çevrilib.
“Karapetyan İrəvandakı otelini inqilabi mərkəzə çevirib. Sabiq dövlət rəhbərləri və “Qarabağ klanı”nın nüfuzlu üzvlərini bir araya toplayan oliqarxın hansı plan üzərində işlədiyi məlum olmasa da, yaxın vaxtlarda Paşinyana ciddi zərbə vuracaq güclə meydana çıxacağı artıq dəqiqləşməyə başlayıb”, – erməni mediası yazır. (teleqraf.com)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar