Xəbər lenti
Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırdı
Jurnalist Fuad Abbasov aclıq aksiyasını dayandırıb.
O, bu barədə öz bəyanatında bildirib:
“Salam əziz həmvətənlərim! Mən 12 gündür davam etdirdiyim aclıq aksiyasına son verməyi qərara aldım. Bunun başlıca səbəbi ürək qan-damar sistemimdə meydana gələn problemlərdir. Həm saxlanıldığım mərkəzin həkimləri, həm də təcili yardım xidmətinin həkimləri məsləhət görürlər ki, aclıq aksiyasını saxlayım.
Amma təəssüflə bildirmək istəyirəm ki, tutulmagım, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanından geri qaytarılmağımın və burada 12 gündən artıq saxlanılmağımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb.
Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə vətənimiz Azərbaycana qayıda biləcəm. Sağ olun, salamat qalın”.
Qeyd edək ki, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Mayın 28-də onun Azərbaycana deportasiyası nəzərdə tutulsa da, bu, qeyri-müəyyən səbəblərdən təxirə salınıb. İyunun 7-də F.Abbasov aclıq aksiyası elan etmişdi.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar