Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Fuad Abbasovdan Paşayevə cavab: Vəkilim deyil!

Tarix: 18-06-2019 22:38     Baxış: 3183 A- / A+
Fuad Abbasovdan Paşayevə cavab: Vəkilim deyil!

Vəkil Elman Paşayevin barəmdə söylədikləri həqiqətə uyğun deyil.

Manevr.az xəbər verir ki, bu sözləri hazırda həbsdə olan jurnalist Fuad Abbasov musavat.com-a müraciətində deyib.

E.Paşayevin onun vəkili olmadığını vurğulayan jurnalist azadlığa çıxandan sonra hər şeyə aydınlıq gətiriləcəyini bildirib:

“Elman Paşayevə mənim barəmdə mətbuata hər hansı bir məlumat verilməsi qadağan edilmişdir. O, mənim vəkilim deyil. Elman Paşayev mənim valideynlərimlə görüş zamanı mənim iş adamı Füzuli Məmmədovun tərəfinə keçməyimi tələb edib. Mən də buna etiraz etmişəm”.

Jurnalist eyni zamanda onun saxlandığı yerə günün istənilən saatında girib-çıxmanın da mümkün olmadığını, vəkilin bu barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

“Mən Azərbaycana geri qayıtmamaq məqsədi ilə yox, 10 gün ərzində Apellyasiya Məhkəməsinə müraciət edərək haqsızlıqlara son verilməsi üçün həbsdə qalmağa qərar vermişəm. Bundan başqa, mənim vəkillərim diletant deyillər. Elman Paşayevin vəkillik lisenziyası olmadığı üçün, yüksək peşəkar vəkillərlə müqavilə imzalanıb”.

Xatırladaq ki, bir neçə saat öncə E.Paşayev musavat.com-a açıqlamasında F.Abbasovun siyasi məqsədlər üçün həbsdə qalmaq istədiyini, diletant vəkillər tərəfindən idarə olunduğunu, sonuncuların onu yanlış yönləndirdiyini bildirmişdi. Vəkil eyni zamanda jurnalistin Azərbaycana qayıtmaq istəməməsinin arxasında da “siyasi qəhrəman” olma istəyinin dayandığını demişdi.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar