Xəbər lenti
Elçibəyin ailəsi Mehriban Əliyevaya təşəkkür etdi
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından mərhum Həlimə Əliyevanın ailəsinə başsağlığı verilib.
Heydər Əliyev Fondu mərhum eks-prezident Əbülfəz Elçibəyin xanımı Həlimə Əliyevanın yas mərasiminin bütün xərclərini öz üzərinə götürüb.
Mərhum Həlimə xanımın qardaşı Mirmövsüm Mahmudov modern.az-a açıqlamasında Əbülfəz Elçibəyin ailəsi adından birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
"Rəhmətlik bacım Paşayevlər ailəsi ilə yaxın idi. Paşayevlər ailəsi yaxşı ailədir. Burdan Mehriban Əliyevaya dəstək və yardımları üçün öz minnətdarlığımı bildirirəm. Allah ölənlərinə rəhmət eləsin”.
Qeyd edək ki, Həlimə Əliyeva ötən gün Türkiyənin İstanbul şəhərində dünyasını dəyişib. O, bu gün Ordubad rayonunun Kələki kəndində dəfn edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar