Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kondisioneri işlədəndə nəfəsliyi açın! Saglamlığı qoruyan vacib qaydalar

Tarix: 15-06-2019 10:40     Baxış: 3170 A- / A+
Kondisioneri işlədəndə nəfəsliyi açın! Saglamlığı qoruyan vacib qaydalar


Kondisioner isti yayı rahat keçirməyə imkan verir. Lakin kondisionerdən düzgün istifadə etmək lazımdır ki, sağlamlığa ziyan vurmasın.

Manevr.az Rusiya KİV-lərinə istinadla kondisionerin işlətməsi ilə bağlı vacib qaydaları sizə təqdim edir:

1. Kondisioner bir çoxları fikirləşdiyi kimi çöldən havanı içəriyə buraxmır, yalnız otaqda olan havanı sərinləşdirir. Odur ki, kondisioner işləyən otağın bütün pencərələri bağlı olduqda havada olan oksigenin miqdarı getdikcə azalır və bu da insan sağlamlığı üçün çox ziyanlıdır. İnsanda halsızlıq, yuxululuq, yorğunluq kimi əlamətlər meydana gəlir.

Bu səbəbdən kondisioner işləyəndə nəfəslik açıq olmalıdır ki, daim təmiz havanın axını təmin olunsun. Yeri gəlmişkən bəzi insanlar fikirləşdiyi kimi bu kondisonerə ziyan vurmur.

2. Kondisioner havanı çox qurudur. Selikli qişalarımız quruyanda orqanizmi allergen, mikrob və bakteriyadan yaxşı qoruya bilmir ki, nəticədə allergiya və soyuqdymənin riski də artır.

3. Kondisionerin filtrlərini tez-tez təmizləmək lazımdır. Filtrlər tutulduqda onların üzərində ziyanlı mikroblar artmağa və sonra da evə yayılmağa başlayır.

4. Kondisionerin temperaturunu 24-25 C-dən aşağı qoymağı tövsiyə edilmir.

5. Ürək xəstəlikləri olan insanlar kondisionerdən mümkün qədər az istifadə etməli, ventilyatora üstünlük verməlidir. Evdən çölə çıxanda temperaturların kəskin fərqi onlarda ürək tutmasına səbəb ola bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar