Xəbər lenti
Qonşu ölkədə cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma oldu

Tbilisidə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında cinsi azlıq tərəfdarları ilə millətçilər arasında qarşıdurma baş verib.
Manevr.az “Report”a istinadən xəbər verir ki, LGBT nümayəndələri “Dövlət haradasan?” adlı aksiya keçirməyə cəhd ediblər.
Millətçilər və din xadimləri aksiyanın keçirilməsinə mane olub. Tərəflər arasında qarşıdurma baş verib.
Cinsi azlıq tərəfdarları hökumət rəsmilərini LGBT nümayəndələrinin 18-23 iyun tarixinə Tbilisidə planlaşdırdığı parad ətrafında yaranmış vəziyyətə münasibət bildirməyə çağırıb.
Əraziyə cəlb olunan çox sayda polis tərəflər arasında canlı sədd yaradıb. Aksiya zamanı 4 nəfər saxlanılıb.
Qeyd edək ki, Gürcüstan Patriarxlığı bu gün hökumətdən cinsi azlıqların paradının qarşısını almağı tələb edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar