Xəbər lenti
Şura qrant müsabiqəsi elan edib

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2017-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.
Şuranın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şura 17 mövzu üzrə layihələri dəstəkləyir:
1) İnsan hüquqlarının müdafiəsi və demokratiya məsələlərinə dair təşəbbüslər;
2) Açıq hökumətin təşviqi və korrupsiyanın qarşısının alınmasına dair məsələlər;
3) Mətbuatda, sosial mediada və ictimai həyatda milli-mənəvi dəyərlərin, ictimai davranış qaydalarının və etik normaların qorunmasına dair təşəbbüslər;
4) Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində xarici ölkələrdə təbliğat işlərinin aparılmasına dair təşəbbüslər;
5) Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
6) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq miqyasda təbliğat işlərinin aparılması;
7) Qaçqın, məcburi köçkün, əlil, müharibə veteranları və digər həssas qrupların sosial problemlərinin həllinə dair təşəbbüslər;
8) İctimai aktuallıq kəsb edən məsələlərlə bağlı video çarxların və sənədli filmlərin hazırlanması;
9) Narkomaniya, insan alveri və digər zərərli vərdişlərlə mübarizəyə dair təşəbbüslər;
10) İqtisadi və sosial sahələrin inkişafına dair ictimai təşəbbüslər;
11) Aqrar sektorda və kiçik biznesdə əhalinin məşğulluğunun inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması ilə bağlı hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi;
12) İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər;
13) Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunmasına dair təşəbbüslər;
14) Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər;
15) Məişət zorakılığına qarşı mübarizə kampaniyalarının, maarifləndirmə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara psixoloji və hüquqi yardımların göstərilməsinə dair təşəbbüslər;
16) Ümumi təhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması və məktəblilərin ictimai fəallığının artırılmasına dair təşəbbüslər;
17) Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliğinə dair təşəbbüslər .
Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.
2015-ci ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 12000 manat ola bilər. 2016-cı il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
Müsabiqə üzrə ərizələrin qəbulu dekabr 1-dən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































