Xəbər lenti
Uşaqlarının çəkdiyi video boşanmalarına səbəb oldu - Xəyanətin üstü açıldı - VİDEO

Türkiyənin məşhur cütlüyü Məhmət Birgenlə Dilək Birgen boşanmaq üzrədir.
Manevr.az-ın məlumatına görə, ailə başçısı bir neçə gün əvvəl həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. 12 ildir evli olan cütlük qarşılıqlı razılaşma əsasında dostca ayrıldıqlarını dilə gətirib.
Türkiyə mətbuatı isə yazır ki, ayrılığın arxasında xəyanət dayanır. İddia edilir ki, Diləyin idman müəllimi ilə eşq yaşadığını öyrənən Məhmət, arvadından boşanmağa qərar verib. Məlumata görə, işiylə əlaqədar tez-tez xaricə gedən Məhmətin evdə olmamasından istifadə edən Dilək, sevgilisi ilə şəxsi mənzillərində görüşürmüş.
Görüşlərdən birini telefon vasitəsiylə lentə alan ailənin 11 yaşlı oğlu, baş verənləri atasına göstərib. Ardınca isə ailədə ciddi narazılıq yaranıb və tərəflər boşanmağa qərar verib.
Qeyd edək ki, iş adamı Məhmət Birgen Türkiyədə ilk dəfə olaraq “üzən disko-bar” açmaqla nüfuz qazanıb. Böyük gəmidə ərsəyə gətirilən əyləncə mərkəzi elit təbəqənin tez-tez baş çəkdiyi məkan kimi diqqət çəkir.(ATV.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar