Xəbər lenti
ETSN-də yeni təyinat

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) yeni təyinat olub. Mürsəl Əliyev Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə Lent.az -a ETSN-dən bildirilib.
Qeyd olunur ki, bu təyinata qədər M.Əliyev ETSN-nin Mineral Xammal Analitik Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktoru və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifələrində çalışıb.
Texnika elmləri doktoru, professor, Azərbaycan və Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə Ekspert Komissiyasının üzvü olan Mürsəl Əliyev 90-dan artıq elmi əsərin, 6 kitabın, 4 dərs vəsaitinin, 2 metodik vəsaitin və 3 ixtiranın müəllifidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar