Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Çiyələk yemək uşağın cinsiyyətini dəyişdirir? - İNANMAYACAĞINIZ FAKTLAR

Tarix: 12-06-2019 11:56     Baxış: 4293 A- / A+
Çiyələk yemək uşağın cinsiyyətini dəyişdirir? - İNANMAYACAĞINIZ FAKTLAR


Hamiləlik zamanı çiyələk yeməyin bir çox fəsadlar yaratması ilə bağlı iddialar var.

Bildirilir ki, hamiləlik zamanı çiyələk yemək dölün cinsiyyətinin dəyişməsinə və ya onun üzərində müxtəlif ləkələr əmələ gəlməsinə səbəb ola bilir.

Hamiləlikdə çiyələk yemək nə qədər zərərlidir?

Manevr.az xəbər verir ki, vitamin və minerallarla zəngin olan çiyələk yüksək qida dəyərinə malikdir. Bol lifli tərkibi sayəsində uzun müddət toxluq hissi verir. Hamiləlikdə isə çəkinin balansının saxlanmasına yardımçı olur.

Faydaları:

Çiyələyin tərkibindəki B9 vitamini uşağın beyin, kəllə sümüyü və onurğa kimi orqanlarının inkişafına kömək edir. Kalium uşağın ürək funksiyalarını yaxşılaşdırır. Manqan elementi sümüklərin inkişafını təmin edərək skeleti formalaşdırır. A və E vitamini hamiləlik zamanı dəri sağlamlığını və gözəlliyini qoruyur. C vitamini ananın qan təzyiqini normada saxlayır.

Hamiləlik zamanı çiyələk necə yeyilə bilər?

- Çiy meyvə kimi

- Suyunu sıxaraq və ya milkşeyk formasında

- Ara öyünlərdə qatıqla birlikdə

- Mürəbbə kimi

Qeyd: Çiyələyə allergiyası olan hamilə qadınlar qəti şəkildə bu meyvədən uzaq durmalıdır. Əks təqdirdə, ekzema, izhal, dərinin tökülməsi, qusma və şişkinlik yaşaya bilərlər.

Gündə nə qədər çiyələk yeyilməlidir?

Bir öyündə 200 qrama qədər çiyələk yeyilə bilər.

Ləkə mövzusuna gəldikdə, hamiləlik dövründə hər hansı qidanın uşaqda ləkə əmələ gətirməsi iddiası tamamilə uydurmadır. Bu iddianın elmi açıqlaması yoxdur./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar