Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Fətullah Gülən intihara cəhd edib?

Tarix: 11-06-2019 15:50     Baxış: 4228 A- / A+
Fətullah Gülən intihara cəhd edib?


Türkiyəli jurnalist Fuad Uğur 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdi təşkil etməkdə ittiham olunan FETÖ lideri Fətullah Gülənin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Türkiyə KİV-nin xəbərinə görə, F.Uğur yazısında Gülənə aid olduğu ehtimal edilən fotoşəkil də paylaşıb.

O, yazısında FETÖ üzvləri arasında Güləndən sonra ikinci şəxs olan Mustafa Özcanın Gülənin təlimatlarını dinləmədiyi, onların arasında fikir ayrılığının olmasını qeyd edib. İddiaya görə, bu iki şəxs Ramazan ayı öncəsi mübahisə ediblər.

Jurnalist “Fətullah Gülən niyə intihara cəhd etdi?” başlıqlı yazısında FETÖ liderinin mübahisə zamanı Özcanı özünü öldürəcəyi ilə təhdid etməsini vurğulayıb. Daha əvvəl FETÖ-də mühüm səlahiyyətləri icra etmiş Ümid Akdemirin verdiyi məlumatları yazısında qeyd edən F.Uğur Gülənin çoxlu sayda dərman içdiyini ehtimal edir.“Sonuncu aldığım məlumat inanılmazdır. Fətullah Gülən dediyini edib və intihara cəhd edib. Ancaq onu xilas etmək mümkün olub. Ümid Akdemirə gəlib çatan fotoşəkildə intihardan qurtulan Gülənin əlidir. Onun əlinə serum taxılıb və uzun müddət qaldığına görə göyərib”, – mənbə qeyd edir.

Bəs Gülən necə intihara cəhd edib? Bu onun inancına zidd deyilmi? Bu barədə araşdırma aparan jurnalist yazır: “İntihar müsəlman üçün qadağan edilmiş bir hərəkətdir. Bu başqasının öldürülməsindən daha ağır günahdır. Ümit Akdemir FETÖ liderinin uzun müddətdir istifadə etdiyi xeyli sayda dərmanı bir yerdə qəbul edərək intihar etmək istədiyi təxmin edir. Çünki Fetullah cəhənnəmdə intihar etdiyi üsulla cəzalandırılacağını bildiyi üçün özünü sığortalayıb. Ancaq Fətullahın intiharından xəbər tutublar və ona müdaxilə ediblər”.

Məqalədə həmçinin qeyd olunur ki, bu hadisədən bir müddət keçəndən sonra Fəthullah Gülənin Ramazan Bayramı münasibətilə ilk çıxışı yayımlanıb. Normal halda təxminən 35-40 dəqiqə olan çıxış maraqlıdır ki, bu dəfə yalnız 5-6 dəqiqə çəkib. Və bu dəfə Fətullah ağ paltarda efirə çıxıb. (virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar