Xəbər lenti
Paşinyan azərbaycanlı jurnalistin sualına nə cavab verdi? -VİDEO
Sankt-Peteburqdakı iqtisadi forumda Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edib. O, prezidentlərin iştirak etdiyi panelə qatıldıqdan sonra mətbuat konfransı keçirib.
Manevr.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Paşinyan azərbaycanlı jurnalistlərdən birinin sualına cavab olaraq ağzına gələni danışıb:
“Əvvəlcə deyib ki, yüzillərlə öz torpaqlarında yaşayan ermənilər bu torpaqları işğal edə bilməzdilər. Paşinyan sonra keçib futbolçu Mxitaryanın Bakıya gəlməməsinə, Bakıda Mxitaryan formasında gəzən azarkeşin polis tərəfindən “saxlanılmasına” və “Turan” agentliyinin əməkdaşının İrəvana rahat səfər etməsinə...
Paşinyanın bu dediklərinin hamısının arqumentləşdirilmiş cavabını vermək olardı. Çox axtardım, bizim agentlik və ya televiziya əməkdaşlarından Paşinyana verilən suala və cavaba rast gəlmədim. Halbuki Paşinyana sual verən jurnalistimiz, heç olmasa, Ermənistanın baş nazirinin cavabının ilk cümləsinə bu şəkildə yerindən replika verməliydi: “Nə vaxtdan Şuşa, Kəlbəcər, Ağdam və digər işğal altındakı ərazilər ermənilərin olub, məgər orada yüzillərlə ermənilər yaşayıb, bəs hanı orada yüzillərlə yaşayan azərbaycanlılar?”
Digər tərəfdən, Sankt-Peterburqda Azərbaycanı iqtisadi inkişaf naziri Şahin Mustafayev təmsil edib. Şahin Mustafayev Paşinyanın yalanla dolu açıqlamalarına cavab olaraq qarşılıqlı mətbuat konfransı keçirib işğalın mahiyyətini jurnalistlərə anlatmalıydı. Bu olmayıbsa, deməli, Sankt-Peterbuqra toplanan jurnalistlər və siyasi ekspertlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalnız Paşinyanın mövqeyini dinləyiblər”.
Politoloq vurğulayıb ki, informasiya müharibəsinə hər zaman hazırlıq tələb olunur.yeniavaz.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar