Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rayonlarda analoq yayım dayandırıldı

Tarix: 01-12-2016 09:19     Baxış: 2383 A- / A+
Rayonlarda analoq yayım dayandırıldı


Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmazda analoq yayım dayandırıldı. Bunu “Trend”ə "Teleradio" İstehsalat Birliyindən deyiblər.

Məlumata görə, dekoderlərin satışı Şamaxı, Qobustan, Siyəzən, Şabran, Xızı, Quba, Qusar və Xaçmaz poçt şöbələrində həyata keçirilir.

Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün dekoderləri (“Set-Top-Box”) 22 manat ödəməklə istifadə haqqında təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.

Rayonlarda rəqəmsal yayıma keçid mərhələli şəkildə həyata keçiriləcək. İkinci mərhələdə dekabrın 10-dan Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygol, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Məngəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq yayım dayandırılacaq.

Üçüncü mərhələdə dekabrın 20-dən Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Beyləqan, Füzuli, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Yardımlı, Lerik və Astara rayonlarında analoq yayım dayandırılmaqla rəqəmsal yayıma keçid həyata keçiriləcək.

Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar