Xəbər lenti
Fuad Abbasovun hava limanından geri qaytarılmasının səbəbləri sabah AÇIQLANACAQ
“Dünən Fuad Abbasovla telefon danışığımız olub. Aclıq aksiyası barədə bir söz demədi. Səhhəti də normaldır”.
Bunu modern.az-a açıqlamasında Rusiyada saxlanılan azərbaycanlı jurnalist və bloger Fuad Abbasovun hüquqlarını müdafiə edən vəkil Elman Paşayev bildirib.
Müvəkkilinin vəziyyəti barədə gəzən söhbətlərə aydınlıq gətirən hüquq müdafiəçisi saxlanıldığı yerin normal şəraitdə olduğunu deyib.
“Nəyə görəsə insanlar hər işdə neqativ axtarmağa çalışır. Fuad Abbasovun saxlanıldığı yer normal şəraitdədir. Sadəcə bəzi məqamlar var ki, onları danışmağa ehtiyac yoxdur”.
Elman Paşayev sabahkı görüşlə bağlı da danışıb:
“Sabah hər şey bəlli olacaq. Niyə görə Fuad Abbasovu hava limanından geri qaytardıqlarını açıqlayacaqlar. Ard-arda bir neçə versiyanın irəli sürülməsinə baxmayaraq, bu məsələlər cavabsız qalıb. Onu da deyim ki, Fuad Abbasov Azərbaycana qayıtmaq istəyir”.
Qeyd edək ki, bir neçə gün bundan qabaq Moskva vilayət məhkəməsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb və Ximski şəhər məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Fuad Abbasov bu il mayın 16-da Moskva vilayətinin Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzində tutulur.
Azərbaycanlı jurnalist F.Abbasova 50 il müddətində Rusiya ərazisinə giriş qadağan edilib. Qərar Rusiya Federal Təhlükəsizlik Xidmətinin sorğusu əsasında çıxarılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar