Sizin Reklam Burada
Xəbər lenti
25-11-2024
24-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Yeganə çarəmiz kəndir alıb özümüzü asmaqdır..."

Tarix: 30-11-2016 22:52     Baxış: 5346 A- / A+
"Yeganə çarəmiz kəndir alıb özümüzü asmaqdır..."


Ağlımız kəsəndən belə bir ifadə eşitmişik: “Kim yüz il yaşamasa, günah onun özündədir”. Sevilən ifaçı, ömrünün sonuna qədər qovduğu kəpəniyi tuta bilməyən rəhmətlik Mirzə Babayev də bu ifadəni çox işlədirdi.

Ancaq indi ölüm o qədər “cavanlaşıb” ki, insanlar məşhur ifadədəki kimi nəinki yüz, əlli yaşına belə çatmadan bu həyatla vidalaşırlar. Görəsən, həqiqətənmi yüz il yaşaya bilməməyimizin günahı özümüzdədir?

Moderator.az Azərbaycan Tibb Universitetinin dosenti, tanınmış həkim Rəşid Mahmudova “İnsanın yüz il yaşaya bilməməsinin günahını kimdə və nədə görürsünüz?” sualı ilə müraciət edib.

Rəşid Mahmudovun suala cavabı belə olub:

“Allah insanı yaradıb və bu canı, bir ömrü əmanət verib. Biz isə hər vəchlə çalışırıq ki, bu canı tez öldürək, məhv edək. Müxtəlif yararsız qidalar yeyirik, müxtəlif içkilər içirik. Buna, həmçinin xarici mühit, şərait də mənfi təsir edir. Uşağın normal olmaması valideynə, kişinin normal olmaması qadına, qadınının normal olmaması kişiyə mənfi təsir edir. Üstəlik də qarşılaşdığımz çətinliklər, kasıb olmağımız, qida tapa bilməməyimiz, yaşadığımız stress, əsəb və s. hər biri sağlamlığımıza böük zərbə vurur. Nəticədə də vaxtından əvvəl əldən düşüb ölümə məhkum oluruq”.

R.Mahmudovun cavabından sonra “O zaman belə anlaşılır ki, yüz il yaşamaq üçün arsız olmaq lazımdır?” sualı da yarandı. Və açıqsözlü həkimdən bu suala da cavab verməsini xahiş edilib.

R.Mahmudov cavabında arsız yaşamağın kişi işi olmadığını dedi:

“Bunun çıxış yolu bizdən asılı deyil, çünki biz nə problemləri həll edə, nə də şəraiti düzəldə bilmərik. Arsız yaşamaqdansa, ölmək daha şərəflidir. Bizim yeganə çarəmiz bir kəndir alıb özümüzü asmaqdır, başqa çarəmiz yoxdur…”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar