Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan İlham Əliyevin fikirlərini oğurladı, erməniləri belə aldatdı - VİDEO

Tarix: 08-06-2019 18:36     Baxış: 4193 A- / A+
Paşinyan İlham Əliyevin fikirlərini oğurladı, erməniləri belə aldatdı - VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərə utopik vədlər verib.

Erməni Fikirləri Sammitində çıxışı zamanı Paşinyan “XXI əsr erməni əsri olacaq” iddiası ilə çıxış edib.

“XXI əsr fikir əsridir, inanırıq ki, XXI əsr Ermənistanın, erməni xalqının əsridir. Bu əsrdə erməni xalqının oyanışı olacaq”, - deyə Paşinyan populist vədlər verib.

Lakin Paşinyanın “XXI əsr fikrini” Azərbaycan Prezidenti İlham Əliyevdən oğurlaması diqqətdən yayınmayıb. Azərbaycan lideri 2013-cü ildə Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı bəyan etmişdi ki, “XXI əsr türk dünyası əsri olacaq”. Həmin sammitdən keçən müddətdə Azərbaycan və Türkiyənin dünyanın enerji xəritəsini dəyişdirəcək addımları, o cümlədən, türk dünyasında Bakının mühüm rol oynadığı inteqrasiyası prosesinin sürətlənməsi Prezident İlham Əliyevin bu fikirlərinin altında əməli işin aparıldığını təsdiqlədi və bu proses davam edir.

Ermənistanın baş nazirinin isə oğurluq fikirlər ermənilərə nələrsə verə biləcəyi şübhəlidir. Paşinyanın son 1 ildə verdiyi vədlərə necə əməl etməsi fonunda da bu vədin gələcəyini proqnozlaşdırmaq çətin deyil. Hərçənd, burada diqqətçəkən məqam Ermənistanın “oğurluğu” adətə çevirməsidir: torpaqlarımızı oğurladılar, mədəniyyətimizi, musiqimizi, tariximizi, hətta mətbəximizdən tutmuş milli geyimlərimizə qədər oğurlamağa çalışırlar, indi də fikirlərimizi oğurlayırlar. Təəccüblü deyil, bacardıqları budur... (publika.az)

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar