Xəbər lenti
Polis hamilə qadını xəstəxanaya belə çatdırdı
Paytaxt ərazisində yol polisi həyat yoldaşını doğum üçün xəstəxanaya çatdırmaq istəyən sürücüyə yardım edib. Xidməti ərazisi olmamasına baxmayaraq, rəhbərliyinə məlumat verərək avtomobili müşayiət edən polislər hərəkətin sıx olduğu ərazidə qısa zamanda avtomobili xəstəxanaya çatdırıb. Vaxtında xəstəxanaya çatan ana bir qız övladı dünyaya gətirib.
Manevr.az-ın məlumatına görə, sayrışan işıqlarını yandıran və səs siqnalını qoşan yol polisi həyat yoldaşını doğum evinə çatdırmağa çalışan sürücünü müşayiət edir.
Bu zaman təhlükəsizlik gözlənilməklə bir neçə dəfə qırmızı işığın tələbi pozulur və qarşı hərəkət zolağı ilə hərəkət edilir. Sürücüyə kömək edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin 99 YP 361 nömrə nişanlı avtomobilinin ekipaj üzvləri isə bu hadisə ilə bağlı danışıb.
Bu zaman efir vasitəsi ilə digər yol polislərindən də yardım istənilib və "Baksol" yolu kimi tanınan ərazidən 1 saylı şəhər kliniki xəstəxanasına kimi olan yolda sıxlığın azaldılması üçün tədbirlər görülüb.
Yol polisi bu tip ekstremal vəziyyətlə qarşılaşan sürücülərə məsləhət görür ki, kobud qaydalar pozub həm öz, həm də digərlərinin həyatını riskə atmasınlar. Belə vəziyyətdə yol polisindən kömək istəsinlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar